Putin Suriyadakı generalını Qafqaza gətirdi

  • 20 sen 2016, 21:44
Rusiya Prezidenti Vladimir Putin Rusiya Müdafiə Nazirliyinin Cənub Hərbi Dairəsinə yeni komandan təyin edib.
 
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Cənub Hərbi Dairəsinin Mətbuat Xidmətinin rəhbəri polkovnik İqor Qorbul söyləyib. Onun sözlərinə görə, Putinin əmri ilə Cənub Hərbi Dairəsinə general-polkovnik Aleksandr Dvornikov təyin olunub.
 
Qeyd edək ki, Dvornikov iyulun 1-dən etibarən Cənub Hərbi Dairəsinin komandanı vəzifəsinin müvəqqəti icraçısı idi. Dvornikov bundan öncə Rusiyanın Suriyadakı qoşunlarının komandanı olub.
 
Cənub Hərbi Dairəsi 2010-cu ildə yaradılıb. Bu dairə ölkənin cənub sərhədlərinin, xüsusilə Şimali Qafqazın müdafiəsi üçün nəzərdə tutulub. Cənub Hərbi Dairəsinin tərkibinə həmçinin Rusiyanın Krım, qondarma Cənubi Osetiya və Abxaziya, eləcə də Ermənistandakı hərbi bazaları da daxildir.
 
Demokratik.Az
Oxşar xəbərlər