Ərdoğan Avropa liderləri ilə görüşəcək

  • 02 sen 2016, 13:45

Sentyabrın 3-4-də Çində keçiriləcək G-20 Sammitində Almaniya, Fransa və İtaliya lideləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla qaçqın problemini müzakirə edəcək.

Lent.az-ın məlumatına görə, bu barədə Merkel açıqlama verib. O bildirib ki, G-20 Zirvə toplantısında Almaniya, Fransa və İtaliya liderləri Türkiyə prezidenti R.T.Ərdoğanla miqrantlarla bağlı görüş keçirəcək.

Qeyd edək ki, Türkiyə tərəfindən verilən dünənki açıqlamada, türklərə verilən Avropaya vizasız səyahət vədinə əmək edilməyəcəyi təqdirdə miqrant sövdələşməsinin icra edilməyəcəyi bildirilib.

Merkel və bəzi Avropa ölkələrinin liderləri də buna cavab olaraq Türkiyənin vizasız səyahət hüququnu digər 72 şərti yerinə yetirəcəyi təqdirdə əldə edəcəyini deyirlər.

Oxşar xəbərlər