XİN başçısı Gürcüstana gedir

  • 27 avq 2016, 21:16
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov avqustun 29-da Gürcüstana səfərə gedəcək.

"Qruziya-Online" portalı xəbər verir ki, Azərbaycan XİN başçısı Gürcüstan baş naziri Giorgi Kvirikaşvili, parlament sədri David Usupaşvili və xarici işlər naziri Mixail Canelidze ilə görüşəcək.

Səfər çərçivəsində Azərbaycan və Gürcüstan arasında ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıq məsələləri müzakirə olunacaq. 

Report
Oxşar xəbərlər