Ukrayna dövləti "Türk axını"na qarşı çıxdı

  • 13 avq 2016, 10:45
"Türk axını” qaz kəmərinin tikintisinin bərpası Ukrayna və bütün Avropanın maraqlarına ziddir.

Avropa.info xəbər verir ki, bu açıqlama ilə Ukrayna xarici işlər naziri Pavel Klimkin çıxış edib. XİN başçısı deyib ki, assosiasiya müqaviləni imzalayan Ukrayna eyni zamanda energetika ilə bağlı Avropa qaydaları qarşısında öhdəlik götürüb. Onun sözlərinə görə, Rusiya Ukraynadan yan keçərək Türkiyə ərazisində AB tələbləri altına düşməyən qazötürmə mərkəzi yaratmağa çalışır. 

Klimkin eyni zamanda əlavə edib ki, "Türk axını”nın reallaşması Kiyev və Ankara arasında münasibətlərin pisləşməsinə gətirib çıxarmayacaq. 

Qeyd edək ki, 9 avqustda Türkiyə prezidenti Ərdoğanın Sankt-Peterburqda Putinlə görüşündən sonra "Türk axını” kəmərinin bərpası ilə bağlı razılıq əldə olunmuşdu.

 

Demokratik.Az

Oxşar xəbərlər