Avropadan Ərdoğana sərt mesaj:

  • 12 avq 2016, 22:39

Avropa Komissiyasının Prezidenti Jan-Klod Yanker Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölüm cəzasının bərpasına dair iddialarına sərt reaksiya verib. Cümhuriyyət .az -ın Fransanın RFİ.fr saytına istinadən verdiyi xəbərə görə, komissiya prezidenti qeyd edib ki, beynəlxalq təzyiqlərə baxmayaraq Ərdoğan mövqeyini dəyişmək istəmir: "Türkiyədə ölüm cəzasının bərpası bu ölkənin Avropa Birliyinə(AB) qoşulmasına dair aprılacaq danışıqları belə mümkünsüz edəcək. Eyni zamanda Avropa instutları da Ərdoğanın addımlarını pisləyir. Hətta Avropa parlamentinin prezidenti Martin Şulz Ərdoğanı Türkiyədəki demokratik ruhu və insan haqlarını sındırmamağa çağırıb. Çünki AB-ə qatılmaq üçün namizədlik irəli sürən bir ölkənin belə qərar verməsi qəbuledilmzədir

 

Demokratik.Az

Oxşar xəbərlər