Türkiyə dövləti yenidən "yapılır"?-Ərdoğan projesi

  • 07 avq 2016, 18:32
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Əl Cəzirə” telekanalına verdiyi müsahibədə 15 iyul hərbi çevriliş cəhdindən sonra orduda başlayan "təmizliyin” avqustun 30-na qədər davam edəcəyini deyib. 

Demokratik.Az xəbər verir ki, Ərdoğan Fətullah Gülən təriqətinin 40 ildir dövlətə nüfuz etdiyini, bu təriqətin 20 gündə təmizlənməsinin mümkün olmadığını deyib. "Bu, uzun müddətli işdir, dövləti sıfırdan quracağıq”-Ərdoğan deyib.

"Onların köklərini qazıyacağıq, dövləti sıfırdan quracağıq. Təhlükəsizlik qüvvələrini təmizləyəcəyik. Bu an ortada güclü siyasi iradə var. Hamısını təmizləyəcəyik. İnqtiqam deyil, ədalət çərçivəsində bu təmizləməni həyata keçirəcəyik”-Türkiyə prezidenti vurğulayıb.

Ərdoğanın sözlərinə görə, o, fətullahçılarla 2010-cu ildən bəri mübarizə aparırdı. "Onlar manyak qrupdur, sadəcə Türkiyəni deyil, Afrikada da bir çox ölkəni ələ keçirməyi planlaşdırırlar”-o deyib. Türkiyə prezidenti bildirib ki, iyulun 15-də fətullahçı terrorçular yüzlərlə vətəndaşı şəhid edib, minlərlə yaralı var. "Amma bu zülm cavabsız qalmayacaq. Pensilvaniyakı zat bunun əvəzini ödəyəcək”-Ərdoğan xəbərdarlıq edib.
 
Demokratik.Az bildirir ki, Türkiyədə çevriliş cəhdindən sonra kəşfiyyatda yaşanan problemləri həll etmək üçün Ərdoğan hökuməti bu istiqamətdə yeni addımlar atır. 

 

Xüsusi olaraq kəşfiyyatla bağlı problemləri aradan qaldırmaq məqsədilə Milli Kəşfiyyat Təşkilatı (MİT) ilə DİN-in və jandarmanın kəşfiyyat orqanları vahid idarə şəklində birləşdiriləcək. 

Bu çərçivədə MİT rəhbəri Hakan Fidan prezident Rəcəb Tayyib Ərdoğan və hökumət rəhbərləri ilə müzakirələr aparır. Hökumətin qarşısında bu məsələni həll etmək yönündə birdən çox seçim olduğu bildirilir. 

Üzərində durulan variantlardan biri MİT ilə DİN və jandarmanın daxili kəşfiyyatının vahid mərkəzdə toplanacağı variantıdır ki, bu mərkəzin də Təhlükəsizlik Kəşfiyyat Müşavirliyi (GİM) adlanacağı bildirilir. Bu zaman MİT əsasən xarici kəşfiyyat məsələlərindən cavabdeh olaraq işinə davam edəcək. 

Lazım gələcəyi təqdirdə vahid rəhbərin başçılığı ilə koordinasiyalı çalışması nəzərdə tutulan iki təşkilatın prezidentə bağlı olması nəzərdə tutulur. Hökumət işlərini tamamladıqdan sonra fövqəladə vəziyyət bitməzdən əvvəl qanun hökmündə fərmanla bu addımı ata biləcək.

Kəşfiyyatın yenidən təşkilatlanmasına dair işlər son mərhələyə gəldikdən sonra önümüzdəki günlərdə Ərdoğan ilə baş nazir Binəli Yıldırımın görüşərək hazırlanacaq fərmana son şəklini verməsi gözlənilir. 

Bundan başqa Daxili İşlər Nazirliyi və jandarmadakı kəşfiyyat orqanlarının, həmçinin MİT-in ölkə içində fəaliyyət göstərən qurumlarının Təhlükəsizlik Kəşfiyyat Müşavirliyinin tərkibinə verilməsi nəzərdə tutulur. 

Bu günlərdə ləğv olunan və telefon dinləmələri ilə bağlı çalışan Telekomunikasiya İdarəsinin də GİM-in daxilində yenidən təşkilatlanması gözlənilir. 

Bundan sonra GİM-in daxili kəşfiyyata, MİT-in isə xarici kəşfiyyata nəzarət edəcəyi nəzərdə tutulur.Sizcə necə, Ərdoğan Türkiyə dövlətini yenidənmi qurur?..
 
Demokratik.Az
Oxşar xəbərlər