Gülənlə bağlı Meksika bəyanat yaydı

  • 29 iyul 2016, 21:00
Türkiyə Fətullah Gülənin Meksikaya qaçacağı ilə bağlı bu ölkəyə heç bir müraciət etməyib.

Bu barədə Meksika Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, bundan öncə Türkiyə Ədliyyə naziri Bəkir Bozdağ Gülənin Kanada, Misir, Avstraliya və Meksikaya qaça bilmə ehtimalının olduğunu bildirib. Hələlik Bozdağın iddialarına qarşı ilk açıqlamanı Misir verib. Rəsmi Qahirə Gülənin Misirdən sığınacaq istəmədiyini qeyd edib.
Oxşar xəbərlər