Məmmədyarov Niderland səfirini qəbul edib

  • 26 iyul 2016, 22:54
Xarici işlər naziri Elmar Məmmədyarov Niderland Krallığının ölkəmizdəki səfiri Robert Jan Qabrielseni diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Musavat.com-a verilən məlumata görə, görüşdə son illərdə iki ölkə arasında əlaqələrin inkişafından məmnunluq ifadə olunub və əməkdaşlığın daha da genişləndirilməsi üçün əlverişli imkanların olduğu qeyd olunub.

Görüşdə həmçinin, iki ölkə arasında ətraf mühit, kənd təsərrüfatı, fövqəladə hallar, logistika və digər sahələrdə qurulmuş uğurlu əməkdaşlıq xüsusi vurğulanıb.

Səfir diplomatik fəaliyyətinin uğurla həyata keçirilməsi üçün ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

Nazir Elmar Məmmədyarov ölkələrimiz arasında əlaqələrin inkişafına verdiyi töhfəsinə görə səfir Robert Jan Qabrielsenə minnətdarlığını ifadə etdi və ona gələcək diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Oxşar xəbərlər