Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

12:38 - 18.11.2018  
PUTİN SOÇİDƏ RUS QOŞUNLARINI QARABAĞA YERLƏŞDİRMƏYƏ ÇALIŞIB – “New York Times”dan sensasion İDDİA
Tarix: 10-09-2014, 20:46 | Bölmə: Xəbərlər » Siyasət

"Əliyev ölkədə olmayanda ermənilər üç tərəfdən hücum etdi- Rusiyanın razılığı olmadan onların belə hücum həyata keçirmə ehtimalı azdır”

"Açıq müharibənin yenidən başlaması Rusiyaya sülhməramlılar adı altında regiona yeni qüvvələr yeritmək üçün bəhanə verəcək”

"The New York Times” qəzetinin bu günkü sayında bir müddət əvvəl Dağlıq Qarabağda baş verən gərginliyin səbəbləri və bunda Rusiyanın roluna dair sensasion məqalə dərc edilib. Məqalənin müəllifi İsrailin Hayfa Universitetinin professoru və ABŞ-ın Corctaun Universtetinin araşdırmaçısı Brenda Şafferdir. Məqalənin tərcüməsini oxuculara təqdim edirik:

***





Ukrayna Rusiyanın suyu bulandırdığı yeganə yer deyil. 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra Moskva qonşu ölkələrdə ənənəvi olaraq separatçıları dəstəkləyir və həmin ölkələri onun diqtəsi altında yaşamağa məcbur etməyə çalışır. Rusiyanın sonuncu belə səyləri Cənubi Qafqazda müşahidə edilməkdədir.

Son həftələrdə Moskva Ermənistanla Azərbaycan arasındakı çoxdankı münaqişəni qızışdıraraq hər iki tərəf üçün sülhməramlı rol oynamağa çalışdı. Avqustun əvvəlində, məhz Rusiya prezidenti Vladimir Putinin Azərbaycan və Ermənistan prezidentlərinin iştirakı ilə çağırdığı sammit ərəfəsində təmas xəttində baş verən şiddətli döyüşlərdə 40-a yaxın azərbaycanlı və erməni əsgər həlak oldu.

Cənubi Qafqaz uzaq görünə bilər, lakin region Rusiya, İran və Türkiyə ilə sərhəddir. Rusiyadan yan ötən və Mərkəzi Asiya ilə Avropanı birləşdirən neft-qaz kəmərləri bu regiondan keçir. Qərb məmurlarının Rusiyanın 2008-ci ildə qısamüddətli müharibə zamanı Cənubi Osetiya və Abxaziyanı Gürcüstandan qopardığı kimi indi də Ukraynanın Krım bölgəsini ələ keçirməsinin ardınca regionun daha bir hissəsini zəbt etməsinə imkan verə verməyə haqları yoxdur.

Azərbaycanla Ermənistan arasında münaqişə yeni deyil. 1992-1994-cü illər ərzində gedən müharibədə Ermənistan etnik ermənilərin yaşadığı Dağlıq Qarabağ Muxtar Vilayətinə nəzarəti ələ keçirib. Müharibə rus ordusu ilə yüksək dərəcədə inteqrasiyada olan erməni qüvvələrinin qələbəsi ilə başa çatıb.

Bu müharibə 30 min insanın ölümünə, 1 milyona yaxın insanın qaçqın düşməsinə səbəb olub.

Hələ indiyə qədər Ermənistan Dağlıq Qarabağ və ona bitişik bir neçə rayon da daxil olmaqla Azərbaycan ərazisinin 20 faizinə nəzarət edir. 1994-cü ildə əldə edilmiş atəşkəs razılaşmasına baxmayaraq hərbi toqquşmalar tez-tez baş verir və Rusiya qoşunları Ermənistandakı Hava Hücumundan Müdafiə sistemlərini işə salır.

Moskva həmçinin Ermənistan iqtisadiyyatının və infrastrukturunun mühüm elementlərinə nəzarət edir.
Əgər daha konkret danışsaq, Rusiya bu münaqişəni həmişə canlı saxlamağın yollarını tapıb. 1990-cı illərdə Ermənistan və Azərbaycan üç dəfə atəşkəs razılaşması əldə ediblər, ancaq hər dəfə Rusiya Ermənistanın bu razılaşmadan çıxmasının yolunu tapıb (məsələn, 1999-cu ildə Ermənistan parlamentində baş nazir, spiker və digər hökumət məmurları güllələndi-virtualaz.org).

Həll edilməmiş münaqişə – Rusiya onu "dondurulmuş münaqişə” də adlandırır – rus qoşunlarının regiona yeridilməsinə və hər iki tərəfi buna məcbur etməyə imkan yaradır. Rus qoşunları regiona yeridiləndən sonra tərəflərdən heç biri Moskvanın qisasından qorxaraq Qərblə sıx əməkdaşlıq etməyəcək.

Təmas xəttində son toqquşmalar Vladimir Putinin Soçidə yüksək səviyyəli görüş təşkil etməsi ərəfəsində baş verdi. Bu görüşdə Putin Ermənistanla Azərbaycan arasında rus "sülhməramlılarının” yerləşdirilməsinə dair razılaşma əldə edilməsinə çalışıb. İyulun 31-də ermənilər gözlənilmədən və koordinasiya olunmuş şəkildə üç istiqamətdən hücum etdilər. Bu hücum zamanı prezident İlham Əliyev və müdafiə naziri Zakir Həsənov ölkə xaricində idilər və cənab Əliyev hələ Soçidəki yüksək səviyyəli görüşə getməyə razılıq verməmişdi.

Lakin Ermənistan prezidenti Serj Sərkisyan razılıq vermişdi. Onun hərbçilərinin Rusiyanın razılığı olmadan belə hücum həyata keçirməsi ehtimalı azdır (görüş baş tutdu, ancaq heç bir razılaşma əldə olunmadı).

Toplantı başlamazdan əvvəl Moskva Cənubi Qafqaza dair mövqeyini sərtləşdirdi və Ermənistana sükutla dəstək verdi. Ötən payız Ermənistan Avropa İttifaqı ilə Assosiasiya sazişi imzalamaq ambisiyalarından əl çəkdi və elan etdi ki, Moskva ilə birlikdə Gömrük İttifaqına daxil olur.

Açıq müharibənin yenidən başlaması Rusiyaya sülhməramlılar adı altında regiona yeni qüvvələr yeritmək üçün bəhanə verəcək. Cənubi Qafqazda destablizasiya həmçinin Avropanın Rusiya qazından asılılığını azaltmağa yönələn nəhəng qaz layihəsini də poza bilər.

Lakin təəccüblüdür ki, Amerika rəsmiləri son döyüşlərə reaksiya verərək Rusiyanın eqidası altında keçirilən görüşü "alqışladıqlarını” bildirdilər.

Bəs Vaşinqton Gürcüstan və Ukrayna təcrübəsindən heç nə öyrənməyibmi?

Qafqazda münaqişənin eskalasiyasının qarşısını almaq və Putinə yeni ərazilər zəbt etmək bəhanəsi verməmək üçün prezident Obama Azərbaycan və Ermənistan liderlərini Vaşinqtona dəvət etməli və göstərməlidir ki, Amerika Cənubi Qafqazdan imtina etməyib. Bu, liderləri Rusiyanın təzyiqlərinə qarşı müqavimət göstərməyə həvəsləndirəcək. BMT Baş Assambleyasının gələn həftə işə başlayacaq sessiyası bu dəstək nümayişi üçün əla məqamdır.






Vaşinqton bu münaqişənin həll edilməməsinə görə Rusiyanı açıq şəkildə günahlandırmalıdır və onun münaqişənin həll edilməməsindən istifadə edərək regionda əlavə hərbi qüvvələr yerləşdirmək planlarına müqavimət göstərməlidir.

Nəhayət, Qərbin Moskvaya digər sərhədyanı regionu ələ keçirməyə imkan verməmək üçün strategiyaya ehtiyacı var. Dağlıq Qarabağ uzaq olsa da o, Rusiyanın itirilmiş imperiyanı bərpa etmək səylərində növbəti cəbhədir. Cənubi Qafqaz ölkələrinin öz suverenliklərini itirməsi Amerikanın keçmiş Sovet İttifaqı ərazisində və onun hüdudları xaricində onsuz da zəifləyən imkanlarına öldürücü zərbə vuracaq.
Xəbər 2244 dəfə oxunub






Oxşar xəbərlər

Deputat: "Niyə vəzifədə olana yaltaqlanırıq, gedənə isə “balta çalırıq?
Azərbaycan yığması Farer adalarını məğlub edib
"305 erməni millətçisi barəsində cinayət işi açılıb "
Əli Kərimli bu gün məhkəməyə çıxarılacaq
Afinada qarşıdırma: 22 nəfər saxlanılıb
Benzin qalxdı: Aksiya başladı - 52 nəfər saxlandı, 106 yaralı var
Suriya ordusu İŞİD-in son istehkamını ələ keçirdi
Cəmil Həsənli polisdən buraxılıb, Əli Kərimli isə məhkəməyə aparılıb
İnqilabi yeniliklər: pensiya 35%, gəlir 48% artır
Əli Kərimli və Cəmil Həsənli saxlanıldı - Cəmil Həsənlinin halı pisləşdi- YENİLƏNİB
Kürdəxanıda yolu keçən piyadanı maşın vurdu
Abel Məhərrəmovu əvəzləyən İradə Əliyeva kimdir? - DOSYE
Oqtay Əsədov Türkiyəyə səfər edəcək
YÜKSƏK VƏZİFƏ TUTAN "ABEL MƏHƏRRƏMOV KLANI"
Azərbaycan Fransaya etiraz notası verib
DGK -nın kollegiyasının yeni tərkibini təsdiq edilib
Sabiq baş nazirin təhlili - MEYDAN VƏ QARABAĞ
Merkeldən etiraf: "Səhv elədim..."
Separatçı lider bu dəfə ABŞ-a getdi
"Yubiley medalı" haqqında əsasnamə təsdiqləndi - Foto
Cenifer Qətərdə 20 dəqiqəyə 2 milyon aldı - Foto
Prezident 1 fərman, 1 sərəncam imzaladı
Atasına şəfa diləyən iki uşaqdan Mehriban xanım Əliyevaya ürəkparçalayan MƏKTUB
Bakıda zibil yeşiyindən silah-sursat tapıldı
Novruz Məmmədovdan yeni qərar - Elmi mərkəz yaradılır
1988-ci ilin BU GÜNÜ VƏ 5 dekabr – müəmma dolu gün
CƏBHƏDƏN XƏBƏR: Atəşkəs 30 dəfə pozulub
Mübariz Mənsimovdan sərt sözlər: - "Bədbəxtlər, səviyyəsizlər"
Abel Məhərrəmovun səfir oğlu geri çağırılacaq
XİN-dən Norveç səfirliyi ilə bağlı sərt MÖVQE
Eldar Mahmudovun əmisi oğlunun həbs müddəti uzadıldı
ULDUZ FALI - 17 NOYABR
Azərbaycanlı kriminal avtoritetin ad gününə basqın edilib
17 NOYABR - Azərbaycanda Milli Dirçəliş Günüdür
Əxlaqsız FETÖ-çü əli qandallı Türkiyəyə gətirildi
Qurban Qurbanov: "Rəqibin sürprizlərinə hazır olacağıq"
Abeli bihuş edən və bitirən şərab - "ABEL MENDOZA"
Prezident Sumqayıtdan Bakıya qatarla gəldi - FOTO
“Siyasi əcəbsəndəl”, yoxsa Paşinyanın seçki siyahısı?
Rəmişin fanatı ustadına dil uzadanlara meydan oxudu
Sahil Babayevin müavini Mikayıl Cabbarovun müavini oldu - TƏYİNAT
Sədərək bazarındakı yanğın söndürülüb
Faiq Ağayev sabiq rektoru belə ələ saldı – FOTO
GDU-da kafedra müdirinə yazılan "DƏVƏTNAMƏ" və papaqla alın tərindəki xəcalət
Putinə qarşı hörmətsizlik: Yoxlanıldı, sonra da…
Fazil Mustafa replika atdı: "Kitab daşıyıram, şərab haramdır"
Vergilər Nazirliyinin səlahiyyətləri artırılır
Ramiz Rzayev hakimlərin sayının azlığından danışıb
Yasamalın sabiq icra başçısı Türkiyədə ürəyindən əməliyyat olunub
“Sədərək” bazarında yanğın - SON DƏQİQ
Abel Məhərrəmovu BDU-da kim əvəzləyir? -AÇIQLAMA
Məhərrəmovların Madriddəki şərab biznesi və son nitqi / VİDEO
Azərbaycan neftinin qiyməti 69 dollara yaxınlaşıb
Göyçayda mənşəyi məlum olmayan 500 kiloqram ət aşkarlanıb
"Piter Elçin" Rusiyaya qayıtdı - Xəlilov qardaşları Sankt-Peterburqdan qaçdı
Yevlaxda 17 yaşlı qız oğurlandı
"MEDERA HOSPİTAL" 1 milyon cərimə edildi (Özəl)
Abel Məhərrəmovu ispan şərabı, şeyxlə "razborka" və dikbaşlıq bitirib / SENSASİON
Abel Məhərrəmov vəzifəsindən AZAD EDİLDİ
QHT Şurası 2019-cu il birinci qrant müsabiqəsini elan etdi
Milli Məclisdə deputatlar arasında mübahisə düşdü
Eldar Əzizov rəsmən Bakı meri oldu – SƏRƏNCAM
Milli Məclisə ayrılan pulun məbləği ARTIRILIR
Sarkisyan Qarabağdan danışdı
Ağdərədə ermənilərə BÖYÜK ŞOK - ÖLƏNLƏR VAR
ADAU əməkdaşları Ukraynanın Sumi Milli Aqrar Universitetindədir
Zahid Oruc şəhid ailələrinin müdafiəsinə qalxdı: - "Bu yaxşı hal deyil!
Britaniya Şurasının rəhbəri Bakı Ali Neft Məktəbində olub
Ötən ay Ukraynadan Azərbaycana 13 min tona yaxın şəkər ixrac edilib
Yasamalda qadın kirayə qaldığı evdə qətlə yetirilib

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.11323] initstartout [0.00013] initstartin [0.00061] calstart [0.00805] calend [0.00045] topnewsend [0.00465] rsssend [0.00000] ehgend [0.00455] tagsstart [0.00047] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.09428]