Ərdoğana uzanan "xilaskar əl" Rusiya görünür

  • 21 iyul 2016, 09:06

Demokratik.Az bildirir ki,Türkiyədə baş verən məlum hadisələrdən sonra Ərdoğanı "xilas etmək missiyası" nı müxtəlif adlara,hətta ölkələrə də bağlayanlar var.

Türkiyənin "Hürriyyət" i hadisə sabahı yazdı ki, çevriliş baş verən anlarda Türkiyə ordusunun 1-ci Ordu Komandanı, ordu generalı Ümid Dündarın təcili-təxirəsalınmaz tədbirləri sayəsində Ərdoğan mövcud təhlükələrdən xilas ola bilib.Yəni general Ərdoğanın xilaskarı olub.İndi isə bu "missiyanı" Rusiya Müdafiə Nazirliyinin adına çıxırlar. Məlumata görə,Türkiyədəki hərbi çevriliş cəhdinə bir neçə saat qalmış Rusiya prezidenti Rəcəb Tayyib Ərdoğana xəbərdarlıq edib. Demokratik.Az-ın məlumatına görə,belə bir iddia ilə İranın «Fars» agentliyi çıxış edib.

Agentliyin xəbərinə görə, bu barədə Ankaradakı diplomatik mənbələr bir neçə ərəb kütləvi informasiya vasitələrinə məlumatlar veriblər.

Mənbələrə əsasən, Türkiyənin milli istihparat təşkilatı da hərbi çevriliş barədə məlumatı Rusiyanın Müdafiə Nazirliyindən alıb.

Diplomatların sözlərinə görə, regionda yerləşən Rusiya ordusu hərbçilərin danışıqlarını tuta bilib və radio məlumatlarının kodlarını açıb. Həmin məlumatlarda Türkiyə ordusunun Ankarada ölkə hakimiyyətinə qarşı çevrilişə başlamağa hazır olduğu deyilirmiş.

 Demokratik.Az

Oxşar xəbərlər