Qarabağın qaytarılması Qarabağda müzakirə olundu

  • 20 iyul 2016, 21:54
Ermənistan prezidenti Serj Sarkisyan iyulun 16-da Dağlıq Qarabağa səfəri zamanı ərazilərin qaytarılması məsələsini müzakirə edib.
 
Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki, Sarkisyan Qarabağda separatçılarla görüşərək, onlardan ərazilərin qaytarılması ilə bağlı fikirlərini soruşub.

Görüşdə iştirak edən erməni döyüşçü Razmik Petrosyan deyib ki, separatçıların "lideri” Bako Saakyanın da iştirak etdiyi toplantıda Sarkisyan konkret ərazilərin qaytarılması haqda damışmasa da, separatçıların bununla bağlı mövqeləri ilə maraqlanıb.

"O ərazilərin qaytarılması ilə bağlı hər kəsin fikirlərini soruşdu”, - deyə o bildirib.
 
Petrosyan deyib ki, vaxtilə ərazilərin qaytarılmasının Qarabağa müstəqillik verilməsi əvəzinə mümkünlüyü müzakirə olunurdu: "İndi isə belə görünür ki, Ermənistan birtərəfli qaydada güzəştlər etməyə məcbur olunur”.  
 
Görüşün digər iştirakçısı Hamlet Qriqoryan da təsdiqləyib ki, Sarkisyan onlardan ərazilərin qaytarılması məsələsi haqda düşündüklərini soruşub.
 
Demokratik.Az
Oxşar xəbərlər