Ərdoğan Belarusa gedir

  • 18 iyul 2016, 18:29
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Minskə rəsmi səfər etməyə hazırlaşır. Anspress-in məlumatına görə, bu haqda "Ria Novosti" agentliyinə Türkiyə səfirliyindən xəbər veriblər. 

Belarus ticari-sənayə palatasının saytında isə məlumat yerləşdirilib ki, iyulun 29-da Minskdə Ərdoğanın iştirakı ilə Belarus-türk  biznes-forumu baş tutacaq.

Bu səfərin Türkiyədə hərbi çevrilişə cəhddən sonra R.T. Ərdoğanın ilk  rəsmi səfəri olacağı gözlənilir.

Bu arada Ərdoğanın belaruslu həmkarı Aleksandr Lukaşenko regionda gedən prosesslərdən narahatdır və bununla bağlı Belarusdu xüsusi tədbirlərin görülməsinə dair tapşırıq verib. Bu gün Milli Təhlükəsizlik naziri Valeri Vakulçiklə görüşən prezident nazirə tapşırıq verib ki, ölkədə sabitliyi nəyin bahasına olursa-olsun saxlasın.

"Məni Belarus ətrafındakı vəziyyət narah etməyə bilməz. Şükür Allah ki, biz neqativ halların qarşısını ala bilirik.  Amma Ukraynada baş verənlər və NATO-nun son qərarları... Türkiyədə, Ermənistanda, Qazaxıstanda problemlər var... Vəziyyət çox çətindir..Biz nəyin bahasına olursa-olsun ölkədə sabitliyi saxlamağı bacarmarıq" - BELTA agentliyi Lukaşenkonun sözlərini gətirir.
Oxşar xəbərlər