XİN rəhbərləri İrəvana toplaşdı

  • 04 iyul 2016, 18:19
İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) xarici işlər nazirləri şurasının iclası başlayıb. 

Aznews.az xarici KİV-lərə istinadən xəbər verir ki, iclasda təşkilatın fəaliyyəti ilə bağlı məsələlər, eləcə də, regional və beynəlxalq məsələlər üzrə fikir mübadiləsi aparılacaq. Gündəlikdə Yaxın Şərqdə və Əfqanıstanda vəziyyətin gərginləşməsi fonunda beynəlxalq terrorizmə və ekstremizmə qarşı mübarizə məsələsi yer alır.

Rusiya tərəfi həmçinin, Suriyadakı vəziyyətlə bağlı bəyanat qəbul etməyi təklif edib. XİN başçıları 2025-ci ilə qədər olan dövrdə KTMT-nin kollektiv təhlükəsizlik strategiyası layihəsini müzakirə edəcəklər.