Rusiya ilə barışığa görə İlham Əliyevə ikinci təşəkkür

  • 01 iyul 2016, 15:40

 

Rusiyanın Soçi şəhərində səfərdə olan və az öncə rus həmkarı Sergey Lavrovla görüşən Türkiyənin xarici  işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan prezidenti İlham Əliyevə təşəkkür edib. ANS PRESS-in məlumatına görə, o, Azərbaycanın dövlət başçısına Türkiyənin Rusiya ilə münasibətlərinin yaxşılaşdırılmasında etdiyi köməyə görə minnətdarlığını bildirib.

 

Mövlud Çavuşoğlu İlham Əliyevlə yanaşı Qazaxıstan lideri Nursultan Nazarbayevə də verdiyi dəstəyə görə təşəkkürlərini çatdırıb. 

Bundan əvvəl Türkiyənin baş naziri Binali Yıldırım da İlham Əliyevə təşəkkür etmişdi. 

"Qarşılıqlı yazışmalarda Rusiya və Türkiyə arasında buzların əriməsi üçün çalışdıq. İndi başqa bir dövr başlayır. Dostlarımız artacaq, düşmənlərimiz azalacaq. Rusiya ilə münasibətlərdə önəmli addımlar atılıb. Bir müddətdir davam edən təmaslar nəticə verir. Vəziyyətin bu yerə gəlməsində bir xeyli əmək var. Özəlliklə qardaşlarımız olan Azərbaycan və Qazaxıstana, region ölkələrinin liderlərinə səyləri üçün təşəkkürlərimizi çatdırırıq". 

Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsi fonunda Bakıya səfər edən Türkiyənin o zamankı baş naziri Əhməd Davudoğlu ilə görüşən prezident İlham Əliyev iki dövlət arasında vasitəçi ola biləcəyini açıqlamışdı. Rusiya və Türkiyə İlham Əliyevin bu təşəbbüsünü yüksək qiymətləndirmişdi.

Demokratik.Az

Oxşar xəbərlər