Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

03:11 - 23.07.2019  
Rusiya Dağlıq Qarabağ probleminin həlli üçün səy göstərəcəkmi?
Tarix: 24-06-2016, 09:48 | Bölmə: Xəbərlər » Siyasət

Qulu Məhərrəmli: «Mərhələli həll planı Azərbaycanın xeyrinədir»

Zərdüşt Əlizadə: «Əsas odur ki, Rusiya Dağlıq Qarabağı bölgəyə nəzarət aləti kimi saxlamaq istəyir»

Rusiya Dağlıq Qarabağ probleminin həlli üçün səy göstərəcəkmi?Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqların aparılması üçün Azərbaycan və Ermənistan prezidentlərinin Rusiya dövlət başçısının iştirakı ilə Sankt-Peterburq görüşündən sonra tərəflərin ziddiyyətli açıqlamaları oldu. Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov Sankt-Peterburq görüşünü şərh edərkən Dağlıq Qarabağ münaqişəsinin mərhələli həlli ilə bağlı qərar qəbul olunduğunu desə də, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan bunu təkzib edib. 

Qeyd edək ki, N.Məmmədovun açıqlamasına görə, əvvəlcə Azərbaycanın 5 rayonunun, ardınca 2 rayonun azad olunması, dəhlizin və sonra Dağlıq Qarabağın statusunun müəyyən edilməsi istiqamətində tərəflər razılığa gəliblər. Ekspertlər hesab edirlər ki, təklif olunan variant Azərbaycan üçün sərfəli deyil. Təmas xəttinə rus qoşunlarının "sülhməramlı" adı ilə yerləşdirilməsi ölkənin suverenliyi üçün təhlükədir.  

Siyasi şərhçi, professor Qulu Məhərrəmli "Bizim Yol" qəzetinə bildirib ki, bu cür görüşlərin olması yaxşıdır. "İstənilən halda müharibədənsə, danışıqların addım-addım irəliləməsi müsbət haldır. Pis olan odur ki, biz yenidən nəticəsiz danışıqlar məcrasına giririk. Əgər mətbuatda verilən məlumatlara inansaq, Dağlıq Qarabağ probleminin mərhələli həlli Azərbaycana olduqca sərf edən bir variantdır. Azərbaycan əvvəldən mərhələli həll planına üstünlük verib, Ermənistan isə paket şəklində - yəni bütün problemlərin birdən-birə həll etmək variantına. Burada birinci mərhələdə işğal olunmuş ərazilər qaytarılır, məcburi köçkünlər yerlərinə qayıdır, ikinci mərhələdə Ermənistanla əlaqə, dəhliz məsələsi gündəmə gəlir, sonra isə tərəflər arasında etimadın yaradılması gəlir. Burada da sülhməranlı qüvvələr rol oynaya bilər. Amma bütün hallarda Rusiyanın sülhməramlı kimi təkbaşına bölgəyə gəlməsi çox təhlükəli hadisədir. Bu, yalnız BMT-nin himayəsi altında ola bilər. BMT olmadan Rusiyanın gəlməsi Azərbaycan üçün ciddi təhlükədir. İnanmıram ki, Azərbaycan bu varianta razılıq versin. Çünki bu məsələ qalxanda, hələ 90-cı illərin ortalarında Azərbaycan BMT sülhməramlı qoşunlarının gəlməsini istəmişdi. İndi də Azərbaycanın bu mövqeyində geriləmə yoxdur. Digər dövlətlər də Rusiyanın bir aktyor kimi iştirakını qəbul etməyəcək".

Qulu Məhərrəmli tərəflər arasında gedən informasiya müharibəsinə də toxunub. "Azərbaycan tərəfinin dediyini Ermənistan təkzib edir, bizim dediyimizi də əks tərəf. Ona görə də görüşdə nə danışıldığını, nə baş verdiyini dəqiq bilmirik. Bir azdan sonra hadisələrin gedişindən nə baş verdiyini biləcəyik. Mən o qənaətdəyəm ki, bu danışıqlarda Ermənistan üçün şərtlər var. Təbii ki, Azərbaycanı da qane etməyən nüanslar mövcuddur. Amma bütün hallarda prosesə 4 günlük müharibənin müəyyən təsiri olub" - deyə Q.Məhərrəmli bildirdi.

Mövzu ilə bağlı politoloq Zərdüşt Əlizadə  "dəyərlər.org"a deyib ki, əslində 5 rayonun qaytarılması çox texniki bir prosesdi: "Əsas odur ki, Rusiya Dağlıq Qarabağı bölgəyə nəzarət aləti kimi saxlamaq istəyir. Rusiyanın məqsədi aydındır. Bu məqsədi həyata keçirtmək üçün Rusiya çalışmalıdır ki, münaqişə həll edilməsin. Təbii ki, münaqişənin formatı, şəkli, gedişi dəyişə bilər, amma münaqişə həll edilməmiş qalmalıdır".

Politoloqun sözlərinə görə, münaqişənin qalması üçün də Madrid prinsiplərində Azərbaycan üçün xeyli tələlər var. Həmin tələlərdən biri Ermənistanın israrla dediyi və Azərbaycanın rəsmilərinin düşünmədən razılaşdıqları referendum məsələsidir. İkincisi, qeyd edilən iki rayonun nə vaxt qaytarılması məsələsidir. Üçüncü, sülhməramlı adı altında bölgəyə yeridilən qoşunların hansı dövlətə mənsub olması məsələsidir:

"Yəni bu təfərrüatlarda istənilən qədər tələlər qoyula bilər. Bu baxımdan bu cür açıqlamanı hansısa bir zəfər raportu kimi qəbul etmək lazım deyil. Sadəcə prosesləri zamana buraxmaq lazımdır. Hələlik nə Azərbaycanda, nə də Ermənistanda dövlətlərin, xalqın dediyi sözlər güzəştli sülhün mümkünlüyünə ümid etməyə əsas vermir. Bu gün hətta 5 rayon və sonra 2 rayon da qaytarılsa, münaqişə həllini tapmayacaq. Sadəcə burada formatın dəyişməsi prosesi baş verə bilər".

Rəşad VAQİFOĞLU
 
Demokratik.Az
Xəbər 2271 dəfə oxunub






Oxşar xəbərlər

Cəbhədə vəziyyət gərginləşib
Rüfət Aslanlı İstanbulda 30 milyonluq sarayda yaşayır
Daha bir güləşçimiz qızıl medal əldə edib
“ELÇİBƏY KQB AGENTİ OLA BİLMƏZDİ…” - Rəsul Quliyev
Bu gün Milli Mətbuat Günüdür
Fəttah Heydərov Milli Mətbuat günü münasibətilə jurnalistləri təbrik edib
Çeju - Dünyanın 7 təbiət möcüzəsindən biri - VİDEO
"SOCAR"ın sabiq əməkdaşı NZS-də torpaq qalmaqalı yaşayır - GİLEY
ADAU 2-ci Beynəlxalq Yay Məktəbi uğurla başa çatıb
Asif Mərzili: “Hesab edin ki, jurnalistikamız da torpaqlarımız kimi müvəqqəti işğal olunub…”
Bakı-2019: Azərbaycan yığması paraddan keçib
“Qocaltma” proqramında geriyə yol yoxdur!
Leyla Yunus anormallığına CAVAB - VİDEO
Elçibəyi müdafiə etməyən Əli Kərimovun susqunluğunun ÜÇ SƏBƏBİ
Gəncə Dəmiryolu vağzalında yanğın olub
Oğrular həmkəndlisi çıxdı - Qusarda
Davudoğlu gizlinləri açdı - Ərdoğana açıq İTTİHAMLAR
“Jurnalist təmənnalıdırsa, yaltaqdırsa, simasızdırsa,.” Qulu Məhərrəmli
Masazırda "BMW" 5 maşını vurdu, bir sürücü isə vəhşicəsinə döyüldü + VİDEO
Hamı Aprel döyüşlərindəki mayorun atasından danışır
Rusiya Avropanı gözlənilmədən vura bilər - ŞOK İDDİA
Prezident İlham Əliyev Belçika Kralını təbrik edib
Keşikçidağdakı “atışma”nı ermənilər planlayıb – Şok
Ermənilərin Naxçıvan panikası – İrəvan strateqləri odla oynayır
İnsanlar yüksək maaş və pensiyalar almağa macal tapmamış...
“Türk axını” Cənub Qaz Dəhlizinə rəqib, yoxsa...
Akif Nağı Avropada keçiriləcək mitinqə qatılacaq
Qulu Məhərrəmli "Cümhuriyyət - 100" medallarından yazır
“KİVDF ləğv olunmalıdır” – Mehman Əliyev
Elçibəydən oğurlanan 200 min dollar üzə çıxdı - ŞOK VİDEO
Aİ-dən Türkiyəyə 1,41 milyardlıq yardım
“S-400”ləri yaradan azərbaycanlı (FOTOLAR)
Aqil Abbas Oqtay Şirəliyevi “yıxıb-sürüdü”
AXH-nin yürüş müraciəti rədd edildi
Leyla Yunusdan Elçibəyə ağır ittihamlar - Əli Kərimli niyə susur?
Bəşər Əsədin qardaşına məxsus qüvvələrə hücum olub
Okean dibində üzən ÜNO-lar barədə - VİDEO
Azərbaycanda əmək haqqı artırıldı
Mələk Çakmak ADAU-da mühazirə söyləydi
AQTA-nın MÜƏMMALI TENDERİ – Heyvan kəsimi üçün çadıra 1 milyon manata yaxın pul verilib
XƏYANƏTİN QURBANI HÜSEYN CAVİD – Tarix heç kimi unutmur!
ANS "Gelandevagen" xəbərinə cavab verdi
Rusiyada 10 gizli silah emalatxanası aşkar edilib
Əflatun Amaşov da Keşikçidağ BARƏDƏ
Ermənilər Göygöldə traktora atəş açdı
Elçibəyin təsis etdiyi “Şah İsmayıl” ordeni – Niyə indiyədək heç kimə verilməyib? – AÇIQLAMA
Ramaldanov: “Keşikçidağda sərhədçilərimiz çox doğru hərəkət ediblər”
Baş mühasib 2 il sonra DİN-i niyə ittiham edir? – Rəsmi
Əli Əhmədov BMT-də çıxış edib
Həbsxanada işgəncə: yeni şok kadrlar - VİDEO 18+
FİFA referisi Azərbaycandan gedir
Ərdoğana məktub: Zakir Fərəcovun qardaşını Türkiyədə aldadıblar
Sosial şəbəkələr çökdü
Vahid Mustafayev “Galenvagen”lə qayda pozdu
Bu gün Şah İsmayıl Xətainin doğum günüdür
Rəşid Mahmudov Keşikçidağa görə XİN-i sərt tənqid etdi - VİDEO
Azərbaycan əhalisinin sayı açıqlanıb
1 nömrəli "qanuni oğru"nun həbsinin “Quli”yə nə dəxli?
Türkiyənin taleyi üç il öncə dəyişsəydi - VERSİYALAR
Eldar Mahmudovun gəlini Azərbaycandan pul tələb edir
“Google” casusluq iddialarına cavab verdi
Aİ Komissiyasında ilk qadın prezident
Cavad Zərif ABŞ-la danışıqların şərtlərini açıqladı
İlin ikinci Ay tutulması başlayıb
“Qaynar Qazan”da Mirşahin Ağayev: “Dövlət İlham Əliyevdir…
Şəki Xan Sarayındakı qəzada ölən müəllimə (FOTO)
Əli Həsənov “Keşikçi qala” olayına münasibət bildirib
Dilqəm Əsgərov sağdırmı? – Oğlundan həyəcanlı MƏKTUB
“Sərhəddi keçən güllələnməlidir” - ÇAĞIRIŞ
Dolların sabaha MƏZƏNNƏSİ

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [1.41979] initstartout [0.00014] initstartin [0.00056] calstart [1.25626] calend [0.00063] topnewsend [0.00420] rsssend [0.00000] ehgend [0.00818] tagsstart [0.00067] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.14909]