Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

21:49 - 16.06.2019  
Sərdar Cəlaloğlu: "Rəsulzadədən başqa adam yoxdu?!"
Tarix: 28-08-2014, 19:39 | Bölmə: Xəbərlər » Siyasət

Bir dəfə Xalq Cəbhəsinin iclasında çıxış elədim. Dedim ki, Azərbaycan tarixini təkcə Məmməd Əmin Rəsulzadə və Elçibəylə indeksləmək olmaz. Azərbaycan tarixində elə böyük insanlar olub və onların elə xidmətləri olub ki, bunu necə unutmaq olar?

Məsələn, Sovet hökumətinin vaxtında – 1956-cı ildə Azərbaycan dilinin dövlət dili elan olunması və bunun konstitusiyaya salınmasında iki böyük insanın xidməti olub – Mirzə İbrahimov və İmam Mustafayev. O zaman İmam Mustafayev Mərkəzi Komitənin birinci katibi idi, Mirzə İbrahimov da Ali Sovetin sədri. Buna görə onların nəslini kəsmək istəyirdilər. İkisini də işdən çıxardılar, hələ tutmağa da çalışırdılar. Xrruşşov devrildi deyə, tutmadılar.

Və Azərbaycan dili dövlət dili kimi bizim konstitusiyamızda qaldı. Bu, çox böyük xidmətdir. Ancaq İmam Mustafayevin və Mirzə İbrahimovun bu xidmətini bir dəfə demirlər, xatırlamırlar, yada salmırlar.

Və yaxud Şixəli Qurbanovu götürək. Onun gözəl bədii əsərləri var, bu ayrı məsələdir. O, eyni zamanda, Mərkəzi Komitənin mədəniyyət sahəsi üzrə katibi idi. Şıxəli Qurbanov milli bayramımız olan Novruz bayramını dövlət səviyyəsinə qaldırdı. Buna görə onu öldürdülər.

Bəs bir azərbaycanlı kimi, heç olmasa, on ildən bir Şixəli Qurbanovun adını niyə yadımıza salmırıq? Bircə dəfə niyə Mirzə İbrahimovun, İmam Mustafayevin adını xatırlamırıq? Nə qədər demək olar: Elçibəy, Elçibəy, Elçibəy... Nə qədər demək olar: Rəsulzadə, Rəsulzadə, Rəsulzadə...

Elçibəyə qədər bu işləri görə-görə gələn nə qədər kişilər olub. Xalqımızın tarixində nə qədər böyük işlər görmüş Heydər Hüseynov var. Niyə yada salmırıq? Başqa nə qədər xidmətləri olan insanlar olub, Sibirə sürgün eləyiblər. Bu insanları necə unutmaq olar?

Əslində, repressiyaya məruz qalanların millətçiliklə bağlı ittihamlarının 90 faizi düzgün olub. O adamlar, məsələn, Hüseyn Cavid Sovet reallıqlarını qəbul eləməyib və deyib ki, mənim öz millətim var, mənim öz tarixim var, mən niyə sənin dediyin yolla getməliyəm? Bunu necə unutmaq olar?

Bütün bunları ona görə deyirəm ki, insanlar gələcəyə doğru getmək üçün onlara bir qürur mənbəyi lazımdır. Qürur mənbəyinin olmağı üçün nəyəsə istinad etməlisən. Tarix də istinad nöqtəsidir. Məsələn, Əli bəy Hüseynzadə Azərbaycanı tərk eləyəndə gürcülər yazırdılar ki, Qafqaz xalqları yetim qaldı. Və yaxud Aleksandr Düma Qafqaz səfərində yazır ki, fransız dili Avropada hansı rolu oynayırsa, Qafqazda və yaxın Şərqdə Azərbaycan dili o rolu oynayır. Bunu mən demirəm, Düma deyir.

Elə məsələlər var, bunları insanlara çatdırmaq lazımdır, bilsinlər ki, sən ölü xalq deyilsən. Nə olsun ki, erməni Qarabağı tutubdur? Sən bir vaxtlar dünyaya ağalıq eləyən xalqlardan birisən. Burda üç böyük türk imperiyası qurulub: Osmanlılar, Səfəvilər və Teymurilər. İngilislər, fransızlar, farslar və ruslar gizli müqavilə bağlayıblar ki, necə eləyək, türk dünyasını parçalayaq. Və nail də olublar.

Yəni bütün bunları sadə bir dildə insanlar arasında təbliğ eləməyə böyük ehtiyac var. Nə qədər demək olar: Elçibəy, Elçibəy, Elçibəy... Nə qədər demək olar: Rəsulzadə, Rəsulzadə, Rəsulzadə...

Həmin iclasda dedim ki, demirəm, mən hər şeyi fərqli düşünürəm. Belə bir iddiam da yoxdur. Heç olmasa, nə dediyimə qulaq asın, sonra qəbul eləməyin. Ancaq kimə deyirsən, az qala, məni öldürəcəkdilər ki, sən niyə deyirsən Azərbaycan tarixində Məmməd Əmin Rəsulzadə və Elçibəydən başqa da adamlar var?

Sərdar Cəlaloğlu

1937.az


Mənbə: http://news.milli.az/politics/291431.html
Xəbər 3121 dəfə oxunub






Oxşar xəbərlər

“Neftçi” - “OİK-Xabarovsk” oyununun vaxtı dəyişdirilib
Yeni Zelandiyada güclü zəlzələ - sunami təhlükəsi var
Sakit Okeanda 6,1 bal gücündə zəlzələ olub
Azərbaycan, Rusiya və İran prezidentləri görüşəcək
NASA 2020-də Kosmosa turist yola salacaq
Ermənistanda icma başçısı güllələndi
"AXC Heydər Əliyevin təcrübəsindən istifadə edə bilmədi" - BAXCP sədri
"Bunu etsək, ermənilər Qarabağdan qaçacaq" - Rauf Arifoğlunun müsahibəsi - VİDEO
İsmayıllıda kafe yanıb
PEŞƏKARLARIN AŞAĞILANMASI… – “Belə elita ilə ölkədən əsər-əlamət qalmayacaq!”
Fuad Abbasovun səhhəti pisləşib
“Ermənilər Allahdan tələb etdi ki...”
YENİ: Azərbaycan ordusu erməniləri raketlə darmadağın etdi - VİDEO
Alim Qasımov kilsədə azan oxudu - Video
Mikayıl Cabbarov yenidən BF prezidenti seçildi
ŞOUPROBLEM! Nazilə uduzdu, yoxsa Xoşqədəm?!
Nazilə Xoşqədəmdən üzr istəməyəcəyini bəyan etdi
Bakı 5 saylı xəstəxanada rüşvət, özbaşınalıq, soyğunçuluq... - VİDEOLAR
Bugün Azərbaycanda Qurtuluş Günü qeyd edilir
Ədliyyə naziri Gəncədə vətəndaş qəbulu keçirdi
İsveçdə adaya 100 milyon kəpənək axın edib
Atəşkəs anlaşması qüvvəsini itirir - müharibə başlaya bilər
Baş nazirimiz Tacikistan Prezidenti ilə görüşüb
Həlimə Əliyevanın cənazəsi Kələkiyə göndərildi
Meray Kerinin intim görüntüləri üzə çıxdı - Video
Murad Köhnəqala azadlığa buraxıldı
Nazir jurnalistə qarşı iddiasını geri götürdü
Ədoğanın dəstəyi ilə Türkiyədə erməni telekanalı açılıb – “Luys” TV
ADAU-da Milli Qurtuluş günü ilə əlaqədar tədbir keçirilib
“Qan ver, yaşat!” Gəncə polisləri qan verdi
Oqtay Əsədov hirsləndi: Hadi müəllim, sizə də aiddir
Açıqlama: "Tankerləri ABŞ və İsrail partladıb"
Ankarada AXC-nin yaranmasının 101-ci ildönümü qeyd olunub
Ərdoğan Tacikistana səfər edib
“Yaltaq adam sonda mütləq əclaf olur…” (Şairlə Müsahibə)
ŞOK! Bakıda jurnalistin qızı və arvadı intihar etdi
Ornella Mutini həbs gözləyir
Nizami Cəfərov BDU-da kafedra müdiri seçildi
Vahid Əhmədov Lombardları sərt tənqid edib
Elçibəyin həyat yoldaşı vəfat edib - Türkiyədə
Qulaqlıqla 3 saatdan çox mahnı dinləmək olmaz
Milli Məclisdə büdcənin icrası müzakirə edilir
İlham - Fərizə ailəsinə daha bir ağır itki
“GERİ ÇƏKİLMƏYƏCƏM, CAVAB VERİN!…” – “Heydər Əliyevin qovduğu adamı nə məqsədlə vəzifəyə təyin etdiniz?”
Nuru Paşa və Məmmədəmin Rəsulzadənin fotosu avroda - FOTO
Tvitterdən minlərlə hesab bu səbəb görə silindi
Bakıda "Hozu” ləqəbli şəxs iş adamını güllələdi
Timoşenko Zelenskini belə "təriflədi"
İbrahimbəyovun Bakıya səfəri yenə aranı qatdı
Ermənilər ilk dəfədir qırıcımıza raket atır... – Polkovnik
Ölkədə siyasi partiyaların çoxu “reanimasiyadadır”
Rusiyanın Ermənistandakı səfirinin bəyanatı nəyə hesablanıb?
Ədliyyə Nazirliyinin səlahiyyəti artırıldı - Fərman
Elçibəyin qardaşı oğlu birlik yürüşü hazırlayır
Surət Hüseynov haradadır: Gəncə qiyamı təşkilatçısının dosyesi
ABŞ Oman körfəzinə hərbi gəmi göndərir
Türkiyədə 2 terrorçu zərərsizləşdirilib
Bakalavriat səviyyəsinə qəbul planı 6,4 faiz artıb
Tayson: “Avradımı Bred Pittlə yataqda tutdum"
Murad Köhnəqala həbs edilib
Ermənilərdən Putinə MÜRACİƏT: Qarabağa ordu göndərin!
Baş redaktor dövlətə xəyanət maddəsilə həbs edildi
Kredit necə yaranıb? - Maraqlı faktlar
Milli Məclisin növbədənkənar sessiyası başlayır
Elman Babayev DGK-dan iSTEFA verdi
Qubanın biznesmen icra başçısının videosu yayıldı
Nazilə Səfərlinin köhnə fotosu yayıldı – Foto
Fəzail Ağamalı: “Elçibəy ən düzgün seçimi etmişdi”
İstiqlalçı deputat 93-cü il qiyamından danışdı
Səlim Müslümov kafedra müdiri oldu

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    İyun 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.18221] initstartout [0.00016] initstartin [0.00062] calstart [0.00952] calend [0.00044] topnewsend [0.00411] rsssend [0.00000] ehgend [0.00459] tagsstart [0.00051] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.16223]