Demokratik TV
Xəbər lenti
Putin təcili Bakıya gələ bilər
- 08 may 2016, 13:15
Bəzi hallarda özünün gözlənilməz siyasi qərarları ilə təəccübləndirən Rusiya prezidenti Vladimir Putin Bakıya bir günlük təcili səfər edə bilər. Bu barədə haqqın.az-a Rusiya hökumətinə yaxın mənbələrdən bildirilib.
Mənbə bildirib ki, Vladimir Putinin Bakıya səfəri ən yaxın günlərdə baş verə bilər. Hətta Rusiya prezidentinin Bakıya səfəri üçün komandaya təyyarənin hazırlanması barədə göstəriş verilib.
Bakıya gözlənilməz səfər Rusiya prezidentinin hansısa təcili missiyasıdan xəbər verir.
Bununla belə, mənbə bildirib ki, son qərar Vladimir Putinin Azərbaycan, həmçinin Ermənistan rəhbərliyi ilə konsultasiyalarından sonra veriləcək.
Demokratik.Az
Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti