Azərbaycan xarici işlər naziri Türkiyəyə gedib

  • 11 apr 2016, 20:43
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə yola düşüb.
 
XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, E. Məmmədyarov 12-13 aprel 2016-cı il tarixində İstanbul şəhərində keçiriləcək İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının İƏT-in "Ədalət və sülh naminə birlik və həmrəylik” mövzusunda 13-cü Zirvə toplantısına hazırlıq iclasında iştirak edəcək.
 
İclas çərçivəsində E. Məmmədyarovun çıxışı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.
Oxşar xəbərlər