İlham Əliyev Yunanıstan Prezidentini təbrik etdi

  • 24 mart 2016, 12:29

Prezident İlham Əliyev YunanıstanPrezidenti Prokopis Pavlopulosa təbrik məktubu göndərib.

 

Axar.az xəbər verir ki, təbrik məktubunda deyilir:

 

"Hörmətli cənab Prezident,

 

Yunanıstan Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

 

İnanıram ki, Azərbaycan-Yunanıstan münasibətlərinin inkişafı, əməkdaşlığımızın genişlənməsi bundan sonra da xalqlarımızın rifahına töhfələr verəcəkdir.

 

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Yunanıstan xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

Oxşar xəbərlər