Türkiyədən Rusiyaya başsağlığı

  • 20 mart 2016, 11:19
Türkiyənin Rusiyadakı səfirliyi Rostov-Don şəhərində baş vermiş təyyarə qəzası ilə bağlı Rusiya xalqına başsağlığı verib.

 
Axar.az xəbər verir ki, səfirliyin Feysbuk səhifəsində yer alan başsağlı mesajında ölənlərin arasında Türkiyə vətəndaşlarının olmadığı açıqlanıb.
 
"Bu gün Rostov-Don şəhərində "Flay Dubay” şirkətinə məxsus "Boinq 737-800" sərnişin təyyarəsinin qəzaya uğraması xəbərini dərin kədərlə qarşıladıq. Əldə edilən məlumatlara görə, həlak olanlar arasında Türkiyə vətəndaşı olmayıb. Qəzada ölən 62 nəfərin əksəriyyətini Rusiya vətəndaşları təşkil edir. Başda Rusiya xalqı olmaqla, faciədə həyatını itirənlərin ailələrinə başsağlığı veririk və səbr diləyirik”, - məlumatda deyilib.
 
Demokratik.Az
Oxşar xəbərlər