AŞPA prezidentin əfv sərəncamını alqışlayıb

  • 17 mart 2016, 18:19
"Azərbaycanda 148 nəfərin azad edilməsi ilə bağlı vacib təşəbbüsü alqışlayıram”.
 
APA-nın AŞPA-nın saytına istinadən verdiyi xəbərə görə, bunu qurumun sədri Pedro Aqramunt bildirib. "Bu gün Azərbaycanda Vatslav Havel mükafatının sahibi Anar Məmmədli, siyasi fəallar, jurnalistlər, insan haqları müdafiəçiləri də daxil olmaqla, 148 şəxsin azadlığı buraxılması ilə bağlı yaxşı xəbər aldım”, - deyə o, söyləyib.
 
Bu ayın əvvəlində Azərbaycan prezidenti, parlamentin sədri və xarici işlər naziri ilə görüşlər keçirdiyini xatırladan P. Aqramunt bu məsələ ilə bağlı ona təminat verildiyini bildirib: "Mən çox şadam ki, bu təminatlara əməl edildi. Mən Azərbaycan hakimiyyət nümayəndələri ilə saxlanılan şəxslərlə bağlı işləməyə davam edəcəyəm".
Oxşar xəbərlər