Ərdoğan İlham Əliyevi Bakıya şəxsən yola saldı

  • 15 mart 2016, 23:06
Azərbaycan prezidenti İlham Əliyevin Türkiyə Respublikasına işgüzar səfəri martın 15-də başa çatıb.


Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Ankaranın "Esenboğa” beynəlxalq hava limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yola salıb.

Fəxri qarovul dəstəsinin rəisi dövlətimizin başçısına raport verib.

Prezident İlham Əliyev fəxri qarovul dəstəsini salamlayıb.

Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan təyyarədə çay süfrəsi arxasında söhbət ediblər.
 
Demokratik.Az
Oxşar xəbərlər