"Bakı Forumu yatırılan sərmayədir" - Tofimçuk

  • 13 mart 2016, 13:18
Son illər Azərbaycan öz ərazisində aktiv şəkildə qlobal xarakterli tədbirlər keçirir.
 
Bu sözləri Axar.az-a açıqlamasında rusiyalı politoloq Qriqori Trofimçuk söyləyib. Onun sözlərinə görə, burada əsas hədəf beynəlxalq səviyyədə ən yüksək mövqeyi tutmaqdır:
 
"Hədəf beynəlxalq səviyyədə ən yüksək mövqe nümayiş etdirmək olduğu üçün əziyyətə dəyər. Azərbaycan gənc ölkədir və ona görə də pozitiv imici üçün aktiv şəkildə çalışır. Bakıda keçirilən qlobal forum Azərbaycanın dünyadakı əsas problemlərə öz rəsmi mövqeyini birbaşa çatdırmaqdan ötrü yaranan geniş imkandır. Tədbirin keçirildiyi məkan təsadüfən seçilməyib. Azərbaycan coğrafi baxımdan uğurlu yerdə, nəqliyyat və güc maraqlarının mərkəzində yerləşir. Belə tədbirlərin keçirilməsinə yatırılan sərmayə faydalı mesajların bütün dünyadakı lazımlı ünvanlara sadə və güclü tezislər halında çatdırıldığı üçün özünü on qat artıq doğruldur. Bu səviyyəli tədbirlər təkcə siyasət yox, həm də ideyaların birbaşa populyarlaşdırılması vasitəsidir”.
 
Qeyd edək ki, dünən Bakıda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə IV Qlobal Bakı Forumu keçirilib. Forumda Albaniya, Monteneqro, Bolqarıstan, Makedoniya, Bosniya və Herseqovina və Gürcüstan prezidentləri, həmçinin 27 sabiq prezident və 23 sabiq baş nazir də daxil olmaqla, 53 ölkədən 300-dən çox nümayəndə iştirakı edib. 
Oxşar xəbərlər