İzmirdə döyülən 6 yaşlı uşağa sürpriz-Ərdoğandan

  • 13 mart 2016, 13:16
Türkiyə prezidenti Rəcəb Yayyib Ərdoğan İzmirdə bir biznesmen tərəfindən döyülən 6 yaşlı suriyalı uşağa velosiped göndərib.

Avropa.info xəbər verir ki, 6 yaşlı suriyalı uşaq  Həsən Hantumaniyə  hədiyyəni İzmir valisi Mustafa Torpaq şəxsən özü təqdim edib. 
 
Suriyalı Həsən həmin küçədə  dəsmal satdığını və motosikletə toxunduğu üçün biznesmen tərəfindən döyüldüyünü deyib.

"Çox qorxdum, evdə  kimsəyə bir şey demədim. Mənə hədiyyə göndərdiyi üçün prezidentə təşəkkür edirəm. Mən o biznesmeni bağışladım."

Həsənin anası da övladını döyən biznesmenin  uşaqları olduğunu, onu bağışladıqlarını deyib.
Oxşar xəbərlər