Demokratik TV
Xəbər lenti
Ermənistan növbəti dezinformasiya yayıb
- 09 mart 2016, 19:38
Qoşunların təmas xəttində Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin guya kəşfiyyat-təxribat əməliyyatı keçirilməsi barədə Ermənistan mətbuatının yaydığı məlumatlar tam yalandır, dezinformasiyadır. Ermənistan tərəfini yaydığı xəbərlərdə cəbhə xəttindəki vəziyyəti düzgün əks etdirmir.
Qoşunların təmas xəttində Silahlı Qüvvələrimizin bölmələri tərəfindən guya kəşfiyyat-təxribat əməliyyatı keçirilməsi barədə Ermənistan mətbuatının yaydığı məlumatlar tam yalandır, dezinformasiya xarakteri daşıyır və cəbhə xəttindəki vəziyyəti düzgün əks etdirmir.
Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən publika.az-a verilən məlumatda belə deyilir.
Məlumatda həmçinin bildirilir ki, Ermənistan tərəfi bu kimi xəbərləri yaymaqla son günlər cəbhədəki uğursuzluqları və çoxsaylı itkilərini gizlətməyə çalışır.
"Düşmən o qədər qorxu içindədir ki, hətta dinc sakinlərdə və qoyun-quzu sürülərində də özlərinə qarşı təhlükə görür. Azərbaycan MN bəyan edir ki, cəbhədə əməliyyat şəraiti Silahlı Qüvvələrimizin tam nəzarəti altındadır. Cəbhədə vəziyyət Silahlı Qüvvələrimizin tam nəzarəti altındadır".
Demokratik.Az
Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti