Mehriban Əliyeva Macarıstanın ali ordeni ilə təltif edilib

  • 06 mart 2016, 19:54
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın martın 6-da ölkəmizdə rəsmi səfərdə olan Macarıstanın Baş naziri Viktor Orbanın xanımı Aniko Levai ilə görüşü olub.
 
Macarıstanın baş naziri Viktor Orbanın ölkəmizə rəsmi səfəri çərçivəsində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın "Macarıstanın Xidmətlərə görə Komandan Xaçı” ordeni ilə təltif olunması mərasimi də keçirilib.
 
Macarıstanın baş naziri mərasimdə çıxış edib.
 
Viktor Orban ordeni Mehriban Əliyevaya təqdim edib.
 
Mehriban Əliyeva Viktor Orbana təşəkkürünü bildirib.
 
Sonda xatirə şəkli çəkdirilib.
Oxşar xəbərlər