Gürcüstan patriarxı İlham Əliyevə müraciət etdi

  • 26 fev 2016, 21:15

Gürcüstanın katolikosu II İlya Qax rayonundakı Müqəddəs Georgi kilsəsində dini ayinlərin bərpa olunması məqsədilə həmin kilsədə çalışacaq keşiş Pyotr Xumaraşviliyə Azərbaycan vətəndaşlığının verilməsi üçün prezident İlham Əliyevə müraciət edib.

Modern.az Gürcüstan KİV-nə istinadən xəbər verir ki, Xornabuc və Eret yepiskopu Dmitri Kapanadzenin sözlərinə görə müraciət 4 ay bundan əvvəl ünvanlanıb.   

"Biz Azərbaycan hakimiyyətinə partiarxın tövsiyyəsi olan məktubu 4 ay bundan əvvəl göndərmişik. Yekun cavabı yaxın 2 ayda gözləyirik. Bu proses başa çatdıqdan sonra Azərbaycanın Dini Komitəsinin razılığı ilə Müqəddəs Georgi kilsəsində ayinləri bərpa etməyi düşünürük. 2015-ci il 21 iyun tarixindən sonra kilsədə cəmi 2 dəfə ayin keçirilib” – deyə yepiskop Dmitri deyib.   

Müqəddəs Georgi kilsəsində ayin verən əvvəlki iki gercü keşişi Mdmitri ata, və Basil ata Azərbaycan ərazisinə buraxılmır.      


 

Vüqar İsmayılov

Oxşar xəbərlər