İlham Əliyev Küveyt Dövlətinin Əmirini təbrik edib

  • 24 fev 2016, 21:20

Prezident İlham Əliyev Küveyt Dövlətinin Əmiri Əlahəzrət şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabaha təbrik məktubu ünvanlayıb.

Demokrati.Az AzərTAc-a istinadən verdiyi xəbərə görə, təbrik məktubunda deyilir: "Əlahəzrət, Küveyt Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. İnanıram ki, ölkələrimiz və xalqlarımız arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik. Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Küveyt xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

Prezident İlham Əliyev eyni zamanda Küveyt Dövləti Nazirlər Kabinetinin Sədri Əlahəzrət şeyx Cabir əl-Mübarək əl-Həməd əs-Sabahadı milli bayram münasibəti ilə təbrik edib.