III Dünya müharibəsi təhlükəsi...

  • 14 fev 2016, 14:11

Son günlər Yaxın və Orta Şərqdə vəziyyətin gərginləşməsi, xüsusilə də Suriya böhranı, Rusiya və ABŞ kimi  nəhəng dünya dövlətlərinin bu məsələdə qarşı-qarşıya gəlməsi III Dünya müharibəsinin qapıda olması ilə bağlı ehtimallara yol açıb.

Maraqlıdır, doğrudanmı bu günə qədər haqqında  yalnız ehtimal olaraq danışılan II Dünya müharibəsi bunca yaxındadır? Rusiya və İranın ardınca, ABŞ və Türkiyə kimi NATO üzvü olan dövlətlrin Suriyaya müdaxiləsi III Dünya müharibəsinə səbəb ola bilərmi?

Bununla bağlı açıqlama verən politoloq Himət Hacızadə bu ehtimalı kifayət qədər real hesab etmədiyini vurğulayıb:

"Hesab edirəm ki, bu ehtimal kifayət qədər real deyil. Oxşar böhranlı vəziyyətlər bundan öncə də baş verib, lakin bunların heç biri III Dünya müharibəsinə səbəb olmayıb. Bu səbəbdən də hesab etmirəm ki, Suriya və ya dünyanın digər yerindəki qaynar nöqtələr böyük, irimiqyaslı müharibəyə, III Dünya savaşına səbəb olsun. Çünki bu günün reallıqları çərçivəsində belə bir savaşın baş verməsi heç bir dövlətin marağına cavab vermir”.

 

Seymur Əliyev

Demokratik.Az

Oxşar xəbərlər