"Suriyalılara 10 milyard dollar xərcləmişik" - Davudoğlu

  • 04 fev 2016, 21:35
"Türkiyədə suriyalı mühacirlər olmayan şəhər yoxdur.

Bu günə qədər ölkəmizdə yaşayan mühacirlərə 10 milyard dollar pul xərcləmişik”.

Bunu Londonda "Suriyaya və regiona dəstək” donor konfransında çıxışı zamanı Türkiyənin baş naziri Əhməd Davudoğlu deyib.

O vurğulayıb ki, Türkiyə bundan sonra da Suriyadakı vətəndaş müharibəsindən qaçıb Türkiyəyə sığınan mühacirlərə köməyi davam etdirəcək: "Bu gün biz məğlub olsaq, bu, təkcə Suriya üçün yox, bəşəriyyət üçün məğlubiyyət olacaq. Ötən gün Ankarada xəstəxanaya baş çəkdim, orada hava hücumuna məruz qalıb üzü yanmış uşaqlar var idi. Eyni otaqda da terror hücumuna məruz qalmış türk uşaq gördüm. Bu uşaqlar eyni nəsildəndir və biz bu uşaqlar üçün nə edəcəyik? Türkiyədə 2,5 milyon suriyalı mühacir var, ölkədə suriyalı mühacirin olmadığı şəhər yoxdur”.

Baş nazir əlavə edib ki, suriyalılar ölkə vətəndaşı olmadığı halda onlara işləmək üçün dövlət tərəfindən icazə verilib: "Nə olursa, olsun Türkiyə yardıma davam edəcək. Bu siyasətə davam edəcəyik. Heç bir suriyalı köməksiz qalmayacaq”.
Oxşar xəbərlər