Anjey Kaspşik Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edib

  • 03 fev 2016, 20:34
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edib.

O, qondarma Dağlıq Qarabağ rejiminin "xarici işlər naziri” Karen Mirzoyanla görüşüb. Görüşdə təmas xəttində vəziyyət, Anjey Kaspşikin ofisinin gələcək fəaliyyəti barədə müzakirələr aparılıb.

Səfərin məqsədi sabah Füzuli rayonunun Aşağı Veysəlli kəndi yaxınlığındakı qoşunların təmas xəttində keçiriləcək monitorinqdə iştirak etməkdir. Azərbaycan tərəfdən monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Peter Svedberq, Jiri Aberle, Saymon Tiller və yüksək səviyyəli planlaşdırma qrupunun nümayəndəsi polkovnik Tuncay Sevim keçirəcək.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi Anjey Kaspşiklə yanaşı onun səhra köməkçiləri Yevgeni Şarov, Xristo Xristov və yüksək səviyyəli planlaşdırma qrupunun nümayəndəsi polkovnik-leytenant Aleksandr Nepokrıtıx izləyəcəklər.

APA