Türkiyədən Rusiyaya yeni qadağa

  • 03 fev 2016, 20:31
15 fevral tarixindən etibarən Türkiyəyə səfər edən rusiyalı jurnalistlərdən viza tələb olunacaq.

Bu barədə "İnterfaks” agentliyinə Türkiyənin Rusiyadakı səfirliyinin əməkdaşı deyib.

Məlumata görə, qarşılıqlı prinsipə uyğun olaraq Türkiyəyə səfər edən Rusiyanın media nümayəndələrindən viza tələb olunacaq.

Qərar 15 fevral tarixindən qüvvəyə minəcək.

Qeyd edək ki, Rusiya hökuməti 1 yanvardan etibarən Türkiyə vətəndaşlarının ölkəyə vizasız səfərini qadağan etmişdi.

axar.az 
Oxşar xəbərlər