Müxalif partiyaları "Anti-böhran" koalisiyası yaratdı

  • 03 fev 2016, 20:26

Fevralın 3-də bir qrup aparıcı müxalifət partiya sədrləri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Vətəndaş və İnkişaf Partiyasının (VİP) mərkəzi qərargahında toplantı keçirilib.

Avropa.info xəbər verir ki, toplantıda ölkədə yaranmış vəziyyət ətraflı müzakirə olunub və "Anti-böhran koalisiyası”nın yaranması barədə razılaşma əldə edilib. 

Koalisiyaya Böyük Azərbaycan Partiyası (BAP), Klassik Xalq Cəbhəsi Partiyası (KXCP), Azadlıq Partiyası, Gələcək Azərbaycan Partiyası, Milli Konqres Partiyası (MKP), Azərbaycan Liberal Demokrat Partiyası (ALDP), Azərbaycan Xalq Partiyası (AXP), Aydınlar Partiyası, Ümid Partiyası, Dünyəvi Bozqurd Partiyası, Vətəndaş və İnkişaf Partiyası (VİP), bir sıra hərəkat və təşkilatlar daxil olublar.

Azərbaycan Demokrat Partiyası (ADP) isə yeni yaradılmış koalisiyada müşahidəçi kimi iştirak edəcək.
Oxşar xəbərlər