Kerri türk müşavirin üzünə yumruq ilişdirdi

  • 02 fev 2016, 22:28
İŞİD-ə qarşı mübarizədə xeyli irəliləyiş əldə etdik. İraqda İŞİD-in nəzarətində olan torpaqların 40, Suriyada isə 20 faizini onlardan geri almağı bacardıq.

Bu sözləri İtaliya Xarici İşlər naziri Paulo Centiloni Romada İŞİD-ə qarşı mübarizə yollarını müzakirə etmək üçün təşkil edilən konfransda deyib.

Konfransda 23 ölkənin xarici işlər nazirləri və Avropa Birliyinin nümayəndələri iştirak ediblər.

Bndan əlavə konfransda iştirak edən ABŞ Dövlət katibi Con Kerri və Türkiyə Xarici İşlər Nazirliyinin müşaviri Firudin Sinirlioğlu arasında olan səmimiyyət diqqət çəkib.

Belə ki, Con Kerri Sinirlioğlunun üzünə yavaş yumruq vuraraq salamlayıb. Daha sonra onun qolundan tutaraq söhbət edib.

axar.az
Oxşar xəbərlər