Xarici işlər nazirlikləri arasında konsultasiyalar keçiriləcək

  • 31 yan 2016, 10:26

Fevralın 4-5-də Belarusun paytaxtında MDB-nin mənzil-qərargahında xarici işlər nazirlikləri arasında "2016-cı ildə MDB çərçivəsində qarşılıqlı əlaqələr” mövzusunda konsultasiyalar keçiriləcək.

 

Xarici siyasət idarələrinin nümayəndələri MDB-nin transformasiyası üzrə Qazaxıstanın təkliflərini, 2016-cı ildə Birlikdə Qırğızıstanın sədrliyinin prioritetlərini, MDB-nin 25 illiyinə həsr olunmuş tədbirlər planının həyata keçirilməsinin təmin edilməsi üzrə xarici siyasət idarələrinin qarşılıqlı əlaqələrini, cari il üçün Birlik çərçivəsində xarici işlər nazirlikləri arasında çoxsəviyyəli plan layihəsini müzakirə edəcəklər.

Tədbirlərdə MDB İcraiyyə Komitəsinin sədri-icraçı katib Sergey Lebedevin iştirakı gözlənilir.

 

Demokratik.Az