ABŞ İsraili belə aldadıb

  • 31 yan 2016, 10:21

ABŞ və İngiltərənin xüsusi xidmət orqanları  İsrailin pilotsuz  təyyarələrini  təxminən 20 ildir izləyirmiş.

 

Publika.az xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb. Məlumata görə,  ABŞ İsrailin təyyarələrinə nəzarəti ələ keçirib və 20 ildir onun Yaxın Şərqdə həyata keçirdiyi bütün əməliyyatları izləyir.

 

ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin keçmiş işçisi Edvard Snovden bu barədə məlumatları mətbuata sızdırıb.

 

"Anarxist” adı verilən əməliyyat 1998-ci ildə İngiltərənin Cənubi Kiprə qurduğu hərbi baza ilə işə başlayıb. Daha sonra oxşar bazanı ABŞ  İngiltərənin şimalında qurub. Bazadan Türkiyə, İran, Misir və Suriyadakı sistemlərin məlumatları əldə edilib.

 

Xüsusi xidmət orqanlarının əməkdaşları hətta, İsrailin F16 təyyarələrindəki pilotların başlarındakı kameralardakı məlumatları belə əldə ediblər. İsrailin Qəzza və Qərbi Şəriədə həyata keçirdiyi əməliyyatlarla yanaşı, onun İranın bombalanması üçün hazırladığı planı belə ələ keçirib.

 

 İsrail Müdafiə Nazirliyindən mövzu ilə əlaqədar heç bir açıqlama verilməyib.  Enerji naziri Yunal Steinitz isə deyib ki, amerikalıların hər kəsi, hətta dostlarını da izlədiyi heç kəsə sirr deyil.

Oxşar xəbərlər