Avropanın Rusiyadan qaz asılılığı zəifləyəcək

  • 28 yan 2016, 19:42

İranın enerji bazarına girməsi bir çox geosiyasi dəyişkliyi də bərabərində gətirəcək. Xüsusilə Rusiya üçün". 


"OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri Hatəm Cabbarlı səsləndirib. Onun sözlərinə görə, İran Rusiya üçün Ermənistan deyil. ki, enerji siysətini onun diqtəsi ilə qursun: "İran 2 il sonra Avropaya qaz satacağını bildirib. Böyük bir ehtimalla Avropa bunu dəstəkləyə bilər. Belə olduqda Avropanın Rusiyadan qaz asılılığı əhəmiyyətli dərəcədə zəifləyə bilər. Rusiyanın itkisi cədəcə iqtisadi cəhətdən olmayacaq, Bunun ciddi siyasi nəticələri də ola bilər. Həmçimnin Türkiyənin mövqeyinin zəifləyəcəyini ehtimal etmək olar. İrandan fərqli olaraq Türkiyənin enerji ehtiyatları yoxdur. Sadəcə geosiyasi mövqeyinə görə uzun müddətdir manevr edə bilirdi". Hatəm Cxabbarlı deyib ki, İran Qərb dünyası arasında münasibətlərin qaydaya düşməsi, Türkiyənin geosiyasi mövqeyini ikinci, hətta üçüncü plana sala bilər: "Suriya probleminin müzakirə edildiyi Sürixdə Türkiyənin yox, PYD-nin dəvət edilməsi Türk xarici siyasətinin son zamanlatdakı ən ciddi uğursuzluğudur. Ümumiyyətlə önümüzdəki illərdə bölgə və beynəlxalq aləmdə köklü dəyişikliklərin olma ehtimalı olduqca yüksəkdir".
 
Demokratik.Az
Oxşar xəbərlər