Quzey Kıbrısın prezidenti İlham Əliyevlə görüşüb

  • 25 yan 2016, 21:01
Davosda keçirilən Dünya İqtisadi Forumunda Quzey Kıbrıs Türk Cümhuriyyətinin prezidenti Mustafa Akıncı bu mötəbər tədbirə dəvətlilər sırasında olub.

Quzey Kıbrıs Prezidentinin Dəftərxanasından verilən məlumata görə, forum çərçivəsində KKTC prezidenti Mustafa Akıncı Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb. Forumun son günündə gerçəkləşən bu görüşdə iki qardaş ölkənin lideri tərəfindən qarşılıqlı şəkildə səmimi fikirlər ifadə olunub.

Forum çərçivəsində KKTC prezidenti həmçinin, Norveçin baş naziri Erna Solberg və NATO-nun baş katibi Yens Stoltenberqlə də bir araya gəlib.
Oxşar xəbərlər