İran yeni sanksiyalara etiraz etdi

  • 18 yan 2016, 20:53
İranın Xarici İşlər Nazirliyi ABŞ-ı tənqid edib.Bu barədə müsavatda xəbər yer alıb.
 

 

Rəsmi Tehran nüvə sanksiyasının qaldırılmasından sonra ballistik raket sanksiyasının qoyulmasını düzgün addım hesab etməyib.
 
Məlumata görə, nazir Hüseyn Caberi Ənsari ABŞ-ın satdığı silahların Fələstin və Yəmənə qarşı istifadə olunduğunu nəzərə çatdıraraq, bu hadisənin hüquqazidd olduğunu bildirib.
 
H.C.Ənsari "ABŞ-ın ballistik raketə qoyduğu sanksiyanın heç bir hüquqi və etik əsası yoxdur. ABŞ hər il bölgədəki ölkələrə on milyarlarla dollarlıq silah satır. Bu silahlar Fələstin, Livan və Yəmənə qarşı istifadə olunur" - deyə qeyd edib.

Demokratik.Az
Oxşar xəbərlər