“Qarabağ münaqişəsində gərginliyin azaldılmasına çalışacağıq”

  • 14 yan 2016, 18:20

Almaniya ATƏT-in sədri, Minsk qrupunun üzvü olaraq həmsədrlərin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində səylərini dəstəkləməkdə davam edəcək.

Demokratik.Az xəbər verir ki, bu barədə ATƏT-də sədrliyə başlayan Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer deyib.

Onun sözlərinə görə, tərəflər arasında sülh danışıqları davam etdirilməlidir. Ştaynmayer  cəbhədə və təmas xəttindəki gərginlikdən narahatlığını ifadə edib, atəşkəs rejiminə əməl etməyə çağırış edib.

"Biz sədrliyimiz dövründə Qarabağda gərginliyin azaldılmasına çalışacağıq”, Ştaynmayer deyib.

O əlavə edib ki, Almaniya sədrliyi dövründə regionda münaqişələrlə bağlı ATƏT-in cari danışıqlar formatlarını və mexanizmlərini aktiv şəkildə dəstəkləyəcək.

Pərvanə Sultanova
Oxşar xəbərlər