Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

07:20 - 21.09.2019  
Surət Hüseynovun siyasətə təhlükəli dönüşü
Tarix: 13-01-2016, 20:24 | Bölmə: Xəbərlər » Siyasət

Surət Hüseynovun siyasətə təhlükəli dönüşüVaxtilə ölkənin üçüncü şəxsi olmuş qiyamçı polkovnik Qazilər Fondu vasitəsilə əlilləri, şəhid ailələri və veteranları öz ətrafına toplayır; məqsədin xeyriyyəçilik olduğu deyilsə də, işin içində Rusiya barmağının mövcudluğu haqda iddialar var
Son illərdə bir neçə dəfə Azərbaycan siyasətinə qayıtmağa cəhd edən sabiq baş nazir Surət Hüseynov, nəhayət, bu dönüşün yolunu tapıb.

Sabiq baş nazir bunun üçün Qazilər Fondu adlı qurum yaradır. Bunu S. Hüseynov özü mətbuata təsdiqləyib. Qiyamçı polkovnikin bu addımı ilə bağlı müxtəlif məlumatlar, iddialar və versiyalar var. Sabiq baş nazirin özü isə bu addımını Qarabağ qazisi Zaur Həsənovun intihar etməsindən təsirlənməsi ilə əsaslandırıb. S.Hüseynov teref.info-ya açıqlamasında bu fondu xeyriyyəçilik məqsədi ilə yaratdığını deyib:

"Xeyriyyəçiliklə daim məşğulam. Müharibə illərində  qaçqın və köçkünlərə, şəhid ailələrinə, döyüşçülərə evlər vermişəm, hər cür yardımlar etmişəm. Atəşkəsdən sonra ”Nicat" Xeyriyyə Cəmiyyətinin xətti ilə Azərbaycanda bütün şəhid ailələrinə, Qarabağ əlillərinə aylıq pul yardımları göstərirdik. Əlillərin protezləşmə və müalicə problemlərini ölkədə və xaricə göndərməklə həll edirdik. Həbsxana illərimdə də gücüm çatandan ehtiyaclı olanlara kömək eləmişəm. Bu işi  davam etdirəcəm".

S.Hüseynov Z.Həsənovun özünəqəsdinin onu bərk sarsıtdığını deyib.

Qeyd edək ki, Z.Həsənovun intiharından sonra Azərbaycan cəmiyyətində qazilərlə bağlı məsələlərə diqqət artıb. Bu sahədə atılan istənilən müsbət addım cəmiyyət tərəfindən daha tez pasport alır və populyarlıq qazanır.

Görünür, S.Hüseynovun da məhz belə məqamda Qazilər Fondu yaratması, "müharibə partiyası”nın üzvləri sayılan qazilərə, şəhid ailələrinə, veteranlara xitab etməsi təsadüfi deyil.

Vaxtilə korpus komandiri olmuş S.Hüseynovun keçmiş döyüşçülərlə, qazilərlə, veteranlarla, şəhid ailələri ilə kifayət qədər əlaqələri var və bu təbəqəyə xitab etməklə qısa müddətdə böyük dəstək qazana bilər. Elə bunu S. Hüseynovun özü də deyir: 
"Qarabağda nə qədər döyüşçü olubsa, komandanlıq etdiyim Ordu Korpusunun tabeçiliyində olublar. Buna görə hər bir qazi, vətən oğlu mənim qardaşımdı, cəbhə yoldaşımdı. Mən əsgərlərim qarşısında öz vicdan borcumu yerinə yetirirəm”.
Nəzərə alsaq ki, söhbət qazilərə, şəhid ailələrinə veteranlara maddi dəstəkdən gedir, bu zaman demək olar ki, sabiq baş nazirin Qazilər Fondu ilə populyarlıq qazanaraq qısa müddətdə siyasətə qayıdışı mümkündü. Gələn məlumatlar da onu göstərir ki, S.Hüseynov bütün addımlarını buna hesablayıb və bu işə kifayət qədər sərmayə yatırmağa hazırlaşır.
Əslində sabiq baş nazirin bu addımı təqdir olunasıdı və ilk baxışda burda mənfi nəsə görünmür. Amma bizə çatan məlumatlarda əsas qeyd kimi bu işin içərisində Rusiya barmağının olması keçir.

Hələ ötən ilin ortalarında yazmışdıq ki, Rusiyadan gələn böyük bir qrup Azərbaycanda hansı dairələrlə necə işləməyin mümkünlüyünü öyrənmək və cəmiyyətdəki boşluqları tapmaq üçün bir müddət ölkədə araşdırma aparıb. Həmin qrupun əsas fəaliyyət istiqamətlərindən biri daha çox narazı elektoratı müəyyənləşdirmək olub. Çox böyük ehtimalla bizim şərti olaraq "müharibə partiyasının üzvləri” adlandırdığımız təbəqə də həmin qrupun narazılar siyahısına düşüb və onlarla işləmək üçün mümkün yollar axtarılıb. İndi isə belə bir fürsət yaranıb və hər zaman Rusiya ilə sıx əlaqələri olan keçmiş korpus komandiri vasitəsilə nəzərdə tutulan işlərin icrasına başlanılması üçün düyməyə basılıb.

Heç kimə sirr deyil ki, ötən il Rusiyanın Azərbaycanla bağlı bir sıra planları olub. Amma ən müxtəlif səbəblərdən bu planlar baş tutmayıb. İndi gələn məlumatlarda isə bildirilir ki, Rusiya Azərbaycanın daxilində böyük bir qüvvəni fəallaşdırmaq istəyir. Bunun üçün ən uyğun şəxslərdən biri kimi isə S.Hüseynov seçilib. Əgər plan alınsa, S.Hüseynov Qazilər Fondu vasitəsilə "müharibə partiyası”nı təşkilatlandıraraq, siyasətə dönüşünü və məqsədlərini reallaşdırmağa başlayacaq.

Onu da qeyd edək ki, hazırda S.Hüseynovun Rusiyada, Türkiyədə, eləcə də Azərbaycanda böyük biznesinin olduğu və hakimiyyət strukturları tərəfindən ona elə də ciddi problemlər yaradılmadığı bildirilir. 

S.Hüseynov hətta media sektorunda da müəyyən formada təmsil olunur. Sabiq baş nazirin bu istiqamətdə də layihələrinin olacağı gözlənilir.

musavat.com
Xəbər 2745 dəfə oxunub






Oxşar xəbərlər

Həbs cəzası azaldılan jurnalist yenidən aclığa başladı
İlham Əliyev: "Əsrin kontraktı"nın imzalanması tarixi hadisədir"
Robert Koçaryan zaminə buraxılmadı
İlqar Məmmədov “orta təbəqə var” yazdı - etiraz aldı...
Eldar Mahmudovun “sağ əli” ölkədən çıxmasından danışdı
Prokuror "Qusqa"ya cəza istədi - məhkəmədə gərginlik yaşandı
Ermənistanın xarici işlər və müdafiə nazirləri istefa verəcək
Elinanı kimlər şantaj edirmiş? - Məhkəmədən
Fövqəlnazirimiz ABŞ səfiri ilə görüşdü
Quba polisi qızıl oğrusu tutub
MTRŞ-nın yeni Aparat rəhbəri kim olacaq?
Bank Respublikadan onlayn kreditlərə 10% endirim
Novella Cəfəroğlu: “Cəmiyyət sülhə hazır deyil”
Davudoğlunun “sağ qolu” AKP-dən istefa verib
“Eldar Mahmudov ölkədən çıxıb və qayıdıb” - iddialar və şok sirlər
İsrail seçkilərinin pərdəarxası - nələr dəyişəcək?
Cəmil Həsənli radikal müxalifətin əsl üzü - VİDEO
Ruhun şad olsun Üzeyir bəy!
Moskvada polis rüşvətə görə həmkarlarını güllələdi
Azərbaycanda xanım müğənni qəzada öldü
Tramp və Zelenski görüşü barədə xəbər təsdiqlənib
PSJ “Real”ı 3 qolla məğlub edib
Nazir direktoru işdən çıxardı
DTX Rəşad Atakişiyevin ailəsinin müraciətini araşdırır
Bu gün Milli Musiqi Günüdür
Səudiyyə hücumların qarşısında niyə ACİZ QALDI?
ABŞ İrana cavab zərbəsi endirməyi təklif edib!
Gülnarə Kərimova yoxa çıxıb
“Harya eydirsən, ayə”ni bəyənirdin axı, a bəy...
Müxalifətin bitməyən “ana” qovğası
Bakıda Fukusima kimi “qəza” - yaponlar Abutalıbova demişdilər ki...
TƏDBİR! Mətbuat Klubu öz işini bərpa edir - VİDEO
Vaqif Əsədov "1 manatlıq" taksilərdən danışdı
Azərbaycanda kredit təşkilatı satılıb
Nikol Paşinyan ABŞ-a səfərə gedir
Salyan-Şirvan yolunun yenidən qurulmasıyla bağlı prezidentə təşəkkür - VİDEO
Qabuniya Putini niyə söydüyünü açıqladı
Bakı sakini polis əməkdaşlarını da yandırmaq istədi
İTV-nin direktoru robota müsahibə verdi - Video
Zöhrə Abdullayeva oğlunun ölümündən sonra ilk dəfə efirdə belə danışdı
“Tək yatır, əri yoxdu…” - Hadisəyə söz atdı
Bakıda arvadını yandırmaq istədi - tutuldu
Pentaqon Trampı təkzib edib
Gənc Tamaşaçılar Teatrının tavanı çöküb
Milli Şuranın mitinq oyununun pərdəarxası - sensasion iddialar
BMT Baş Assambleyasının 74-cü sessiyası başlayır
Əflatun Amaşov ÜMŞA-nın sədrinin birinci müavini seçildi
Bakının xilas gününü işğal kimi qələmə verənlər var (?!)
Qubanın icra başçısı 700 bal toplayanlara maşın verəcək
Aytəkin Alxaslı "100 illik” medalı ilə təltif edilib
Rus məmur Naftalanda "şokolad"a girdiyi üçün işdən qovulacaq
Qəzet bir hərf səhvi ilə Stalinə “qavnokomanduyuşi” yazdı, güllələnmə aldı
Bədii gimnastika üzrə dünya çempionatı Bakıda keçirilir - Prezident və xanımı açılışda
Türkiyənin Vitse-prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
Ukrayna müdafiə xərclərini 10 milyard dollara çatdıracaq
Tramp İranı hədələyib
Vilayət Eyvazov: “..cinayətlərin sayı azalıb”
General Vaqif Axundovun AD GÜNÜNƏ - TƏBRİK!
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb
İlham Əliyev və xanımı 300 saylı məktəbin açılışda
Şumaxer müalicə kursundan sonra Fransanı tərk edib
Neftin dünya bazarında qiymətləri 19% bahalaşıb
Azərbaycanda yeni dərs ili başlayıb
Mübariz İbrahimovun ev muzeyi tamamlanmaq üzrədir - VİDEO
Ruhani Türkiyəyə getdi
Zakir Həsənov müharibə ANONSU edib
Qaxda 17 yaşlı oğlan bıcaqlanıb
Zakir Həsənov MİQ-29 qəzasından danışdı
"Kasıblamış" Vidadi Zeynalovun Türkiyədəki əmlaklarının SİYAHISI
Tünisdə prezident seçkilərində səsvermə bitib

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.36158] initstartout [0.00025] initstartin [0.00117] calstart [0.03310] calend [0.00086] topnewsend [0.00700] rsssend [0.00000] ehgend [0.00938] tagsstart [0.00097] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.30879]