Ermənistana yeni qırıcılar gəlir-Rusiyadan

  • 05 yan 2016, 18:26

Rusiyanın Ermənistandakı Erebuni aviabazasına ilin ikinci yarısında "MiQ-29" çoxhədəfli yüngül qırıcıları gətiriləcək.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Cənub Hərbi Dairəsinin mətbuat xidməti verib.

"2016-ci ilin ikinci yarısında Rusiyanın Ermənistan Respublikasında yerləşən Erebuni aviasiya bazasına "MiQ-29" dördüncü nəsil çoxhədəfli yüngül qırıcıları və 1 ədəd "Mi-8" nəqliyyat vertolyotu gətiriləcək", - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, əsaslı təmirdən sonra Rusiya hərbi bazasına gətiriləcək "MiQ-29" təyyarələri MDB ölkələrinin vahid hava hücumundan müdafiə sistemi çərçivəsində Ermənistanın hava sərhədlərini qoruyur və müntəzəm olaraq döyüş hazırlığı üzrə təlim uçuşları həyata keçirir.