İlham Əliyev Myanma prezidentini təbrik edib

  • 03 yan 2016, 18:36

Azərbaycan Prezidenti İlham Əliyev Myanma İttifaqı Respublikasının prezidenti Theyn Seynə təbrik məktub ünvanlayıb.

 

 

Təbrikdə deyilir: "Myanma İttifaqı Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimizi yetirirəm.

 

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Myanma xalqına əmin-amanlıq və firavanlıq diləyirəm".

 

Demokratik.Az