Prezident İlham Əliyev Raul Kastroya məktub göndərib

  • 31 dek 2015, 20:08
Prezident İlham Əliyev Kuba Respublikası Dövlət Şurasının və Nazirlər Şurasının Sədri Raul Kastro Rusa təbrik məktubu göndərib.

Bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb.
 
"Hörmətli cənab Sədr,
 
Kuba Respublikasının milli bayramı – Azadlıq günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
 
Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Kuba xalqına sülh və tərəqqi arzulayıram", - təbrikdə qeyd edilib.