Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

07:39 - 15.11.2019  
İlham Əliyev yeni hakimiyyət quracağını elan edir
Tarix: 31-12-2015, 10:04 | Bölmə: Xəbərlər » Siyasət

İlham Əliyev yeni hakimiyyət quracağını elan edirBu gün prezident İlham Əliyev Bakının Xəzər rayonunun sakinləri qarşısında etdiyi çıxışda islahatlarla bağlı qısa, ancaq kifayət qədər mühüm mesaj verib.

Prezident bildirib ki, gələn il idarəetmə sahəsində islahatlar "yeni formatda” davam etdiriləcək, vergi, gömrük orqanlarının, icra hakimiyyəti orqanlarının fəaliyyətində şəffaflıq təmin olunacaq.

Prezident yeni formatın nədən ibarət olacağını deməsə də aşağıdakı mühüm siyasi mesajı verib: "Azərbaycan xalqının maraqları mənim üçün hər şeydən üstündür”.

Bəs islahatların prezident tərəfindən anons edilən yeni formatı nədən ibarət ola bilər? İlham Əliyev xalqın maraqlarının onun üçün hər şeydən üstün olduğunu ayrıca vurğulamaqla nə demək istəyirdi?

Bu sualların cavabı prezidentin görüşü barədə yayılan rəsmi məlumatlarda yoxdur. Ancaq belə görünür ki, məsələyə Azərbaycanın üzləşdiyi iqtisadi çətinliklər və eyni zamanda hakimiyyət sistemində başa çatmaqda olan il ərzində üzə çıxmış ciddi neqativlər kontekstində nəzər salmaq lazım gələcək.

Neftin kəskin dəyərdən düşməsi Azərbaycanın gəlirlərinin, həm də asan gəlirlərinin kəskin azalması ilə müşaiyət olundu. Nəticədə iqtisadi artım tempi yavaşıdı, ötən 10-12 il ərzində ilk dəfə ölkədə iş yerlərinin kəskin azalması baş verdi. Manat il ərzində iki dəfə devalvasiyaya məruz qalaraq dəyərini iki dəfəyə yaxın itirdi.

Belə vəziyyət heç şübhəsiz ki, iqtisadiyyatın neftdən asılılığının kəskin azaldılması və inkişafın böyük ölçüdə qeyri-neft sektoru relsinə keçirilməsi üçün radikal islahatları tələb edirdi. Və prezident bu islahatları artıq başladıb.

İl ərzində iqtisadi münasibətlər sistemini tənzimləyən qanunverici aktlarda azad iqtisadi mühitin, biznesin inkişafına yönəlmiş çoxsaylı dəyişikliklər edilib.

Nəhayət, bu günlərdə prezident lisenziyalaşdırma sahəsində vəziyyəti kökündən dəyişdirən fərmanlar verib və beləliklə də ölkədə iqtisadi islahatları dərinləşdirmək üçün qanunverici baza böyük ölçüdə formalaşıb.

Eyni zamanda neft gəlirlərinin aşıb-daşdığı günlərdə hakimiyyət strukturlarında o qədər də nəzərə çarpmayan, yaxud neft gəlirləri fonunda arxa plana keçən nöqsanlar da il ərzində özünü kəskin formada büruzə vermiş oldu.

Və prezident qərara aldı ki, hakimiyyət sistemində də islahatları sürətləndirmək, həm də daha radikal addımlar atmağın vaxtıdır. Bura həm instisuional islahatlar, həm sərt cəza tədbirləri daxil idi.

Məsələn, prezident nəqliyyat sahəsində uzun müddətdir hökm sürən  sistemli problemləri aradan qaldırmaq üçün Nəqliyyat Nazirliyinin strukturunu tamamilə söküb-dağıtdı.

Yaxud illərdir biznesi, sahibkarları təhdid altında saxlayan, xüsusi xidmət orqanlarında kök salmış mütəşəkkil qruplaşmanı zərərsizləşdirmək üçün ortaya qəti siyasi iradə qoyub radikal addımlar atdı. Belə məlum oldu ki, hətta özünü toxunulmaz və ali qüdrət sahibi hesab edən məmurlara da bu dəyişikliklər, hakimiyyəti yeniləmə prosesində güzəşt olmayacaq. Və belələri üçün cəzasızlıq mühiti anlayışı yoxdur.

İndi prezident bu islahatların "yeni formatda” davam edəcəyinin anonsunu verir. Yeni format görünür, o deməkdir ki, ölkənin inkişafının, prezidentin müəyyən etdiyi hədəflərin qarşısında bu və ya digər formada əngəl təşkil edən amillər sürətli və qəti müdaxilələrlə aradan qaldırılacaq.

Bura problemli sahələrdə əsaslı struktur dəyişiklikləri, idarəetmə sisteminin yenilənməsi və şəffaf idarəçilik prinsiplərinin daha geniş formada tətbiqi daxil ola bilər.

Başqa sözlə, söhbət keyfiyyət və idarəetmə prinsipləri baxımından yeni hakimiyyətdən gedir. Çünki ucuz neft erasının uzun müddət davam edəcəyini göstərən güclü dəlillərin ortada olduğu bir vaxtda gözləməyə,  hansısa məmurun, oliqarxın şəxsi biznes maraqlarının ölkənin ümumi maraqlarına əngəl yaratmasına dözməyə vaxt yoxdur./virtualaz.orq/
Xəbər 3145 dəfə oxunub






Oxşar xəbərlər

Mikayıl Cabbarov xəbərdarlıq etdi
ABŞ-da məktəbdə atışma olub, xəsarət alanlar var
Prezident İlham Əliyev Bilal Ərdoğanı qəbul edib
Aygün Kazımovanın həbsdəki qardaşı "azadlıq" istəyir - MÜRACİƏT
ADAU-da Aqrar İnkişaf Könüllüləri ilə görüş davam edir - Tədbir
Asim Mollazadə: “İcra strukturlarında yeni təfəkkürə malik gənclər lazımdır”
Erməni əsir üzr istədi: “Azərbaycanda cənnətdəyəm” – VİDEO
Bu gün Dünya dini liderlərinin II Bakı Sammiti başlayır
Rey Kərimoğlu Xətainin qazi icra başçısından danışdı
Ermənistan müharibədən də qorxulu fəlakətlə üz-üzə
Qalmaqallı iş adamı pulları götürüb ölkədən qaçdı
Məşhur aktrisa azərbaycanlı aktyorla eşq yaşayır?
Əvəz Zeynallının üzərindəki qadağa götürüldü - özü yazdı
BMT baş katibinin xüsusi nümayəndəsi Azərbaycana gəlib
Gürcüstan Azərbaycana müşahidəçilər göndərəcək
Ölkəmizdə yeni soyuducu anbarlar yaradıla bilər
"Etdiklərimə görə oğlumdan üzr istədim" - Fədayə
MTRŞ Prezidentə müraciət etdi
Mənfi ehtimal! Azərbaycanda çörək kəskin bahalaşacaq
Müsavat Partiyasının başqanı Arif Hacılı saxlanılıb
AzTV-də dövlət qurumları tənqid olundu - VİDEO
İlham Əliyev sərəncam imzaladı
Trampdan Ərdoğana 100 milyardlıq təklif
İlham Əliyev Cavid Qurbanovu qəbul edib - FOTO
Tramp İŞİD-in yeni liderini təhdid etdi
Bu il İran polisi 530 ton narkotik vasitə müsadirə edib
Göygöldə oğurluq edən şəxslər saxlanılıb
Ramiz Mehdiyev də AMEA-da islahatlara başladı – İdarə və şöbələr ləğv olunub
LÜTVƏLİ BABAYEV NİYƏ “VURULDU”?
Oqtay Gülalıyev hələ də komadadır - son durum
Ermənistan atəşkəs rejimini 22 dəfə pozub
Rusiya XİN rəhbərinin işğala açıq dəstəyinə reaksiyalar
“Saudi Aramco” səhmlərini niyə satır?
Müsavat Əli İnsanovu "siyasi reanimasiya"dan çıxardı
Azərbaycan yenidən dünyanın diqqət mərkəzində
Parlamentdə büdcə müzakirələri başladı
ADAU-dan yeni XƏBƏR var - Rektorun "333"ləri, villaları, mənzilləri və...
Prezident 4 rayonun ivra başçısını dəyişdirdi – Deputata vəzifə verildi
Prezident: "Biz hələ işin başlanğıc mərhələsindəyik"
Zakir Həsənov təcili müşavirə keçirib - VİDEO
Prezident: "Azərbaycanda siyasi və iqtisadi islahatlar vəhdət təşkil edir"
İsveçdə “Ağdam restoranı” açıldı
Patriarx Kirill Bakıya səfər edəcək
Bu gün Azərbaycanda Konstitusiya günüdür
Rəsmi Bakıdan Lavrova - CAVAB
Azərbaycan Ordusu miqyasında əməliyyat təlimi başlayıb
Ər-Riyadda aktyorlara silahlı hücum olunub
Xoşbəxt Yusifzadə: “Hələ 90 yaşım olsun, sonra baxarıq...”
Mübariz Mənsimov Araz Əlizadəni “siyasi təlxək” adlandırdı
Sabiq Baş prokurorun "GENERAL" bacısı oğluna 12 il iş verildi - HÖKM
Tərtərin Dəmirçilər kəndindən ŞİKAYƏT – “..son ümüd yerimiz mətbuatadır ki, bəlkə…”
Noyabrın 14-də NATO baş katibi Ağ Evə səfər edəcək
Azərbaycan Nayrobi Sammitində iştirak edəcək
Mehriban Əliyeva “Bayraq Günü"nü təbrik etdi
Ərdoğanla Putin Suriya məsələsini müzakirə ediblər
Göyçayda möhtəşəm Nar festivalı keçirilib
Bu gün Azərbaycan Dövlət Bayrağı günüdür
ADAU-nun müəllimləri TƏKZİB EDİR - "Yazılanlar yalan və böhtandır"
Alman şirkəti ərazimizi Ermənistan torpağı kimi təqdim edir - FOTO
Tanınmış yazıçının əri intihar etdi
"Azeri Light" nefti bahalaşıb
“Yeni Müsavat” qəzetinin 30 illik yubileyi qeyd olundu
Nəcməddin Sadıkovu da istefaya çağırdılar - 26 ildir ki...
"Qanunları tapdalayan Cavid Qurbanovdur, yoxsa onun işçiləri?" - VİDEO
İlham Əliyevin təşəbbüsü ilə bu qanunlar dəyişdirilir – Siyahı
İraq kəşfiyyatı iki İŞİD liderini saxlayıb
ADAU-nun "itkin düşmüş" avtobusu tapıldı - Fotolar
MTRŞ ANS ÇM-in tezliyini müsabiqəyə çıxarıb – Vahid Mustafayevin sözçüsündən REAKSİYA
Mehman Hüseynov da bələdiyyə sədri olmaq istəyir
Məşhur milyarder Göyçaya gəldi (FOTO)

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.27952] initstartout [0.00018] initstartin [0.00068] calstart [0.00962] calend [0.00076] topnewsend [0.00601] rsssend [0.00000] ehgend [0.01175] tagsstart [0.00063] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.24985]