Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

08:23 - 18.10.2019  
Türkmən soyqırımı qabardılırr?
Tarix: 29-12-2015, 20:32 | Bölmə: Xəbərlər » Siyasət

Türkmən soyqırımı qabardılırr?Elxan Şahinoğlu: "Türkdilli dövlətlər ya bu proseslərdən kənarda qalıblar, ya da Rusiyadan ehtiyatlanırlar”

 


İraq və Suriya türkmənləri bütün dünyanın gözü qarşısında zülmə məruz qalırlar və yurdlarından didərgin düşürlər. Lakin nə dünyanın insan haqları müdafiəçisi olan hegemon dövlətləri, nə də türkdilli millətlər nəinki türkmənlərə yardım etmir, hətta bu məsələni beynəlxalq səviyyədə müzakirəyə belə, çıxarmırlar. Hətta digər millətlərdən olan məcburi köçkünlərə qucaq açan Türkiyənin də türkmənlərin başına gətirilən faciələrə yetərincə duyarlı davranmaması bu ölkənin ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb.

Türkiyənin türkmənlərə qarşı yetərli diqqət göstərmədiyini iddia edənlər bunun səbəbi kimi, İraq və Suriya türkmənlərinin şiə məzhəbinə məxsus olduğunu əsas gətirirlər. Yəni, sünni məzhəbində olan Türkiyə rəhbərliyi məhz məzhəb məsələsinə görə şiə türkmənlərə gərəkli yardımı etmir. 

Bu iddiaları dəyərləndirən politoloq Elxan Şahinoğlu isə bildirdi ki, dünyanın türkdilli dövlətləri, o cümlədən, Türkiyə tərəfindən türkmənlərə dəstək göstərilməməsi doğru olsa da, bunun məzhəb fərqi səbəbindən olması ilə bağlı iddia əsassızdır: "Bunu iddia edənlər haqlı deyillər. Ona görə ki, biz türklər ilk növbədə soy-kökümüzə baxırıq. Belə düşünsək, İran əhalisinin də 70-80 faizi şiədir, ancaq bizim strateji müttəfiqimiz Türkiyədir. Türkiyə hər zaman Azərbaycana dəstək verib və bu dəstəyi verərkən bizim şiə və ya sünni təriqətində olmağımıza baxmayıb. Çünki, eyni soy-kökündən, eyni dildən gəlirik, eləcə də türkmənlər... Bəli, Türkiyəni tənqid edə bilərik ki, vaxtilə türkmənlərə lazım olan dəstəyi verməyib. Ancaq bu, təkcə Ərdoğanın səhvi olmayıb. Ərdoğandan öncəki Türkiyə hakimiyyətləri də vaxtilə nə İraq, nə də Suriya türkmənlərinə lazım olan dəstəyi verməyiblər. Əgər bu dəstək verilsəydi, indi bəlkə də İraqda və Suriyada türkmənlər kürdlər qədər söz sahibi olardılar. Bu tənqidi bölüşürəm. 

Ancaq türkmənlər şiə olduqlarına görə Türkiyə onlara lazım olan qədər dəstək vermir, demək doğru olmazdı. Yəni, mən Ərdoğanın və digər Türkiyə rəhbərlərinin məzhəbçi olduğunu düşünmürəm. Məüyyən şayiələr və informasiyalar yayılır ki, Türkiyə Səudiyyə Ərəbistanına dəstək verir, Qətərlə müttəfiqdir və bunun səbəbi də odur ki, hər iki dövlət sünnidir. Bu yanaşmanı mən doğru hesab etmirəm. Ola bilər ki, indi Türkiyənin İranla və İraqın mərkəzi hakimiyyəti ilə münasibətlərində problemlər var. Ancaq bu, ona görə deyil ki, Türkiyə sünni blokunda, İranla İraq isə şiə blokunda təmsil olunur. Bu, ona görə baş verir ki, Ərdoğan Əsəd rejiminin hakimiyyətdən getməsini istəyir. Ancaq İran, İraq və "Hizbullah” kimi təşkilatlar bunun əksini fikirləşir. 

Ona qalsa, gərək Ərdoğan hakimiyyəti ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalara qoşulardı, ancaq qoşulmadı. Əksinə, İranın nüvə probleminin həlli üçünTürkiyə qədər İrana dəstək verən olmadı. Halbuki, İran şiə dövləti idi, Türkiyə isə kobud dillə desək, sünni dövləti idi. Yəni, mən inanmıram ki, Türkiyənin hazırki və keçmiş rəhbərlərinin içərisində kiminsə siyasətində məzhəb amili başlıca rol oynasın”.
 
Türkdilli dövlətlərin türkmənlərin hazırki durumuna səssiz qalmasına münasibət bildirən politoloq bildirdi ki, bu  problem gələcəkdə region üçün böyük təhlükəyə çevrilə bilər: "Türkmənlərə dəstək məzhəb məsələsi deyil. Əgər bu cür düşünsək, türkmənlər Türkiyə türklərindən daha çox Azərbaycanlılara yaxındırlar. Ancaq Azərbaycan bu məsələyə kifayət qədər diqqət ayırırmı, bu məsələni haradasa qaldırırmı? Əksinə, Türkiyə nə qədər zəif dəstək versə də, bu məsələni aktuallaşdırmağa da çalışır. Bir də Türkmənistan bu məsələdə türkmənlərə dəstək verir. Bu yaxınlarda Türkmənistan rəhbərliyinin açıqlaması oldu ki, Rusiyanın Suriyadakı türkmənləri bombardman etməsi dorğu deyil. 

Ancaq mən o fikirlə razıyam ki, nə Türkiyə, nə Azərbaycan, nə Türkmənistan, nə də digər türkdilli dövlətlər türkmənlərə gərəkən dəstəyi vermirlər. Əsas vaxt itirildi, vaxtında onları silahlandırmadılar. İndi isə vəziyyətləri çox ağırdır. Onlar həm İraq ordusu, Əsəd ordusu ilə üzləşirlər, həm də terrorçu qruplaşmalar onları sıxışdırırlar. Onlara birbaşa hərbi dəstək verilməsə də, silah-sursatla yardım etmək, onlara hərbi təlimlər keçmək olar. Bircə Türkiyə bu məsələyə diqqət göstərir. 

Digər türkdilli dövlətlər isə bu məsələdə yardım göstərmirlər. Ya bu proseslərdən kənarda qalıblar, ya da Rusiyadan ehtiyatlanırlar. Əgər türkmənləri biz türkdilli xalq sayırıqsa, onda bütün türkdilli dövlətlər eyni səviyyədə onlara kömək etməlidir. Düzdür, Türkiyə türkdilli dövlətlərin lideri sayılır və ondan daha çox kömək umurlar. Ancaq təəssüf ki, onlara kifayət qədər yardım edilmir. Bu, gələcəkdə bölgədə real təhlükə ola bilər”. 

Politoloqun sözlərinə görə, İraqda və Suriyada savaşan millətlər gələcəkdə öz paylarını alacaqları halda, türkmənlər bu prosesdən kənarda qala bilərlər: "Necə ki, müəyyən qədər İraqda bu prosesdən kənarda qalıblar. Faktiki olaraq, silahlı kürdlər türkmən ərazilərinə də iddia edilər, Kərkük, Mosul əyalətlərini də kürdləşdirirlər. Düzdür, Mosul hələ ki, İŞİD terrorçularının əlindədir. Amma Türkiyə burada da müəyyən pozitiv rol oynamağa çalışır. Türkiyənin Şimali İraqın rəhbəri Bərzani ilə çox sıx əlaqələri var və Bərzani ilə əlaqələrin şərti odur ki, Şimali İraqdakı əraziləri ələ alan kürdlər müəyyən qədər türkmənlərin istəkləri ilə də hesablaşsınlar. Və müəyyən qədər hesablaşırlar. Belə ki, Şimali İraqdakı parlamentli idarəetməyə türkmənlərin nümayəndələri də cəlb olunublar. Ancaq Suriya ilə bağlı bunu demək olmur. Suriyada indi həm məzhəb, həm vətəndaş müharibəsi gedir. Ancaq elə etmək lazımdır ki, gələcək bölgüdən türkmənlər də kənarda qalmasınlar, söz sahibi olsunlar. Lakin hazırki proseslər onu göstərir ki, gələcəkdə Suriyadakı bölgüdə türkmənlər digər qüvvələrlə başabaş qala, həm siyasətdən, həm iqtisadiyyatdan, həm də torpaqdan pay almaya bilərlər”.
 
Nərgiz LİFTİYEVA,
Musavat.com
Xəbər 2709 dəfə oxunub






Oxşar xəbərlər

Prezidentdən mətbuatdan silah kimi istifadə edənlərə XƏBƏRDARLIQ!
12 milyona çılpaq soyundu – FOTO
Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən 28 il ötür
Karateçimiz Ayxan Mamayev xəstəxanaya yerləşdirildi
Prezident Saleh Məmmədovu qəbul etdi (YENİLƏNİB)
Vahid Əhmədov: “..gənc kadrlar vəzifəyə gətiriləcək”” - VİDEOMÜSAHİBƏ
Samir Feyruzun yazısı: Ən çox şantaj edilən məmurlar kimlərdir?
Daşkəsəndə polis yanan avtomobili belə söndürdü - VİDEO
Fövqəlnazir Goranboyda icra başçısının "zapravka" tikintisini durdurdu - Merin şəriki də var
"İslahatları gözdən salmaq istyirlər ki, oturduğu kreslonu..."
Şəbnəm Tovuzlu Hacı Ramazandan danışdı: "Bu adamı tanımıram"
SƏNİN ŞƏRƏFİNƏ, CƏNAB GENERAL!
Dünya ölkələrinin telefon kodları - SİYAHI
Vilayət Eyvazov generalı təqaüdə göndərdi
Azərbaycan nefti bahalaşdı
Trampın Ərdoğana yazdığı “çox ağır” məktub açıqlandı
İran daha bir Fransalı elm adamını həbs edib
Sabiq deputat Rafael Cəbrayılov milyonluq mülklərini satır
Klinsmann Ekvadorun baş məşqçisi olacaq
“Rəsulzadə-Elçibəy yolu” ifadəsinin anlamı nədir?
31 il sonra şok etiraf: "Qarabağ savaşını mən başlatdım" - Video
Göygöl SSİ-nin ÖZBAŞINALIĞI HARA GEDİR? Dımbılı cuvar Əhmədzadəni cadu-piti etdirib? - SƏHİH DETALLAR
Fuad Qəhrəmanlı barəsində cinayət işi başlanıldı
Prezident: "Hökumətin bəzi üzvləri digər üzvləri tərəfindən şantaj edilir"
İstanbul universitetinin müəllimi ADAU-da mühazirə oxuyub
Meliorasiya və Su Təsərrüfatı ASC-yə 7 milyon manat ayrıldı
"Belə etmək istəsələr..." - Deputat müxalifəti hədələdi
Azərbaycan meyvə-tərəvəz ixracından gəlirini 14% artırıb
Prezident yeni dövlət qurumu yaratdı (FƏRMAN)
QHT sədrləri Əfqan Muxtarlının azad olunması üçün prezidentə müraciət etdilər
Azərbaycana böyük Qarabağ dəstəyi gəldi
Zümrüd Yağmur yazdı: " O xoruza sayğı duymaq..."
Niyazi Bayramovun “müəmmalı kadrı” – Şiddətli töhmətlə ucalan Əhmədov kimdir?
Polislər halı pisləşən sürücünün köməyinə çatıblar
İtaliyada yol qəzasında 20 nəfər yaralanıb
HESABAT: Maliyyə institutlarının "Turan Bank"a inamı azalıb
Nazir Vilayət Eyvazovun bacısı vəfat edib
Zakir Həsənov NATO/SHAPE Tərəfdaşlıq İdarəsinin rəisi ilə görüşüb
İcra başçısı Prezidentin açılış etdiyi ərazini satıb – Şok iddia
"Türkün tarixi əzəməti Nazarbayevin NİTQİ İLƏ
SOCAR-ın Türkiyədəki layihələri: Azərbaycanın qazancı nədir?
Kanada Türkiyəyə silah tədarükünü dayandırır
GDU-nun diplomsatan kafedra müdiri həbs edildi
Göygöl DYP-yə yeni rəis təyin olunub
ABŞ Türkiyənin polad məhsullarına gömrük rüsumlarını artırır
Hadi Rəcəbli: “Biz islahat apardıq və pensiya yaşı 65-ə çatdırıldı”
PA-nın şöbə müdiri boş zalın qarşısında 1 saat danışdı - Rüsvayçılıq - FOTO
“Jurnalistika və həyəcan” - Könül Alı yazır
Mətbuat Şurasının "trol"u yenə sayıqladı (?) "RƏDD OL!" cavabını aldı
İlham Əliyev Ərdoğanla görüşdü – FOTO
Erməni xalqının üstündəki silinməz ləkələr - Xocalıdan Njdeyə kimi...
İqtisadiyyat üzrə Nobel mükafatının qalibləri açıqlanıb
Ərdoğan Azərbaycandadır - FOTOLAR (YENİLƏNİB)
Qırğızıstan Prezidenti Azərbaycandadır - FOTO
Ərdoğan Bakıya gəlir
Ərdoğan: "NATO bizə cavab verə bilmir"
Samux PŞ-yə yeni rəis müavini təyin olunub
Yunis Səfərovun silahdaşlarına hökm oxunub
İlham İsmayıl: “Terror riski Azərbaycanda xeyli azalıb”
Afaq yenə "soyundu" – FOTO
Bakının israrı - İrəvanda cəlladın heykəli söküləcəkmi?
Naxçıvanlı iş adamı Moskvada baltalandı: VİDEO
Abbas Abbasovun oğlu kriminal avtoritetlə görüntüləndi
Bakıda iki oğlanın nişanı oldu - Üzük taxıb öpüşdülər
Elton ölkədən getdi: Şərəfsizlər, didin bir-birinizi...
PKK lideri Karayılan ABŞ-a müraciət etdi
Hollandiyalı hakim yığmamızdan üzr istədi
Fövqəlnazir 3 rayonun icra başçısını Bakıya çağırdı
Polşada parlament seçkilərində Kaçinskinin partiyası qalib gəlib
Vasim Məmmədəliyev vəfat edib

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.37417] initstartout [0.00023] initstartin [0.00078] calstart [0.01121] calend [0.00068] topnewsend [0.00496] rsssend [0.00000] ehgend [0.03743] tagsstart [0.00103] tag-initendin [0.00000] initendout [0.00003] weathend [0.00000] end [0.31779]