Ərdoğanla Putin barışacaq - Ekspert

  • 27 dek 2015, 10:35
Məncə, Rusiyanın Türkiyəyə qarşı sərgilədiyi sərt mövqe qısa müddət davam edəcək.
 

 

Axar.az xəbər verir ki, bu açıqlama ilə Hudson İnstitutunun Rusiya və Avrasiya məsələləri üzrə mütəxəssisi Hannah Toburn çıxış edib.
 
"Bunun səbəblərindən biri tikinti sektorunda bir çox Türkiyə şirkətinin Rusiya üçün çox böyük əhəmiyyətə malik olmasıdır. Ərdoğan və Putinin idarəçilik tərzi də bir-birinə çox bənzəyir və hər iki lider də bir-birindən hörmət görmək istəyir. Türkiyə Su-24 qırıcısını vurmaqla Putinə göstərmək istədi ki, Rusiya digər ölkələrlə davrandığı kimi Türkiyəyə davrana bilməz. Gərginliyin artacağı ilə bağlı səsləndirilən fikirlərin mənasız olduğunu düşünürəm. Qısa müddət ərzində iki ölkə bir-birilərinə qarşı daha anlayışla davranacaqlar", - Toburn bildirib.

Oxşar xəbərlər