Klintonun İŞİD-ə qarşı unikal PLANI

  • 12 dek 2015, 23:10

ABŞ prezidentliyə namizəd, keçmiş dövlət katibi Hilari Klinton İŞİD terror qruplaşması ilə mübarizə üzrə unikal plan təklif edib.

 

Demokratik.Az"Associated Press” agentliyinə istinadən xəbər verir ki, Klinton ABŞ prezidentliyə namizədlərdən yalnız onda İŞİD-ə qarşı mübarizə planının olduğunu bildirib.

 

Keçmiş dövlət katibi planın detallarını açıqlamayıb. Amma o, prezident seçiləcəyi halda ABŞ-ın quru əməliyyatlarında iştirakına icazə verməyəcəyini bildirib. "Bu, düşüncəsiz hərəkət olardı, amma terrorçular yalnız bunu gözləyirlər”, - Demokratlar Partiyasından prezidentliyə namizəd deyib.

 

Klinton daha əvvəl Suriyanın hava məkanı üzərində uçuşa qadağan bölgənin yaradılmasını təklif edib. Onun sözlərinə görə, bu Rusiyanı regionda başqa ölkələrin maraqları ilə hesablaşmağa məcbur edərdi.

 

Ömər Dağlı