Ermənistan silahlı bölmələri mövqelərimizi 3 istiqamətdə atəşə tutublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən
Trend-ə bildiriblər ki, erməni silahlı bölmələri dünən və ötən gecə Ağdam rayonunun Novruzlu, Tərtər rayonunun Qızıl Oba kəndləri yaxınlığında və Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.
Milli.Az