Rusiyanın sanksiyaları türklərin üzünü güldürdü

  • 04 dek 2015, 08:52
Təyyarə böhranından  sonra  Rusiyanın  Türkiyədən meyvə-tərəvəz  idxalını dayandırması, qardaş ölkədə daxili bazarda qiymətlərin  40  faiz enməsinə səbəb olub.

Türkiyə mətbuatı xəbər verir ki,  vətəndaşlar bu vəziyyətdən məmnundurlar
 
Sanksiyalardan öncə, 5 TL  qiymətində satılan  pomidor, rus sanksiyalarından sonra, 2,5 lirəyə qədər düşüb. Qiyməti ucuzlaşan  məhsullar arasında pomidor, bibər, balqabaq, xiyar, portağal və limon da var.
 
                           RUSİYA GERİ ADDIM ATACAQ
 
Bostan Tərəvəz Meyvə  Komsiyonçu  və Tacirlər Federasiyasının  (TÜMESKOM) rəhbəri Burhan Ər Türkiyənin tərəvəz və  meyvə ixracında  alternativi olmayan bir ölkə olduğunu vurğulayır.
 
"Rusiyanın təbii qazı varsa, bizim də kənd təsərrüfatı məhsullarımız var. Avropa onsuz  əvvəldən Rusiyaya sanksiya tətbiq edib,  tərəvəz meyvə vermir. Alternativ ölkə tək  bizik. Onsuz da Azərbaycan, Qırğızıstan və Türkmənistan başda olmaqla türk  Cümhuriyyətlərinə də tərəvəz və meyvəni  biz veririk. Bu sahədə təkik. Rusiya  tərəvəz  və meyvəni  yenə bizdən alacaq"